ƏdabiyyatMəşurlarÖlkəUncategorized

ÖZ SEVGİNİ TƏSDİQLƏDİN SƏN “İRAN NƏĞMƏLƏRİ”NDƏ ( Dahi rus şairi Sergey Yeseninin əziz xatirəsinə)

Sən sarışın, mavigözlü,
Mən qaraqaş, qarasaçam.
Sən Şimallı balasısan,
Sən Cənublu oldun haçan?!
Bir kitaba sığan deyil,
Ancaq “İran nəğmələr”in;
Vəsv etmisən el-obamı,
Şeiriyyətin necə dərin!
Mütaliən möhkəm olub
Puşkin kimi, Blok kimi;
Şərqin şeir sultanları
Çoşdurmayıb o vaxt kimi?!
Deyirlər vurğun olmusan
Bizim adət-ənənəyə,
-Ryazan da çata bilməz
Mərdəkana,- deyə-deyə.
Vəsf etmisən Şahanənı,
O, bir cənublu qızıdır;
O, gözəllər gözəlidir,
O, gözəllik ulduzudur.
Sevdiyin ryazanlı qızı,
Unutdura bildi sənə.
Bənzətdin Şahanəmizi
O Ryazan gözəlinə.
Cənubda qonaq olmusan,
Doymamısan tamımızdan.
Qonaqpərvərlik görmüsən
Bu ölkədə hamımızdan.
Dənizi, suyu, havası
Hər biri ilham ocağı,
Şeiriyyətdir təbiətii-
Meşəsi, yamacı, dağı.
Sevdik bir rus şairini,
Layiq oldun buna sən də;
Öz sevgini təsdiqlədin
Sən “İran nəğmələri”ndə.
Valeh Mirzə
Bütün reaksiyalar:

Əlirza Həsrət, Muzahim Ismayilzade və başqa 1 nəfər