ZOMBİLƏŞMƏYƏK. BU, BİR FACİƏDİR

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

İxtisasca müəllim olmuşam.İşlədiyim üç il müddətində tam əmin oldum ki, bu, şərəfli olduğu qədər də olduqca çətin peşədir. Müəllim yüksək biliyə malik olmaqla bərabər, çox dozümlü,təmkinli, prinsipial insan olmalıdır. Hər gün hər sinifdə şagirdlərin sayı qədər xarakterlə üz-üzə olmalısan və hamını da pedaqoqika elminin tələblərinə uyğun olaraq yola verməlisən. Bütün çətinlikləri dəf etməyə qadir idim, ancaq, inanın ki, küt uşağı, daha doğrusu şagirdi normal hala salmağın nə dərəcədə çətin iş olduğunu heç indi də -30 ildən sonra da izah edə bilmirəm.Əgər bir şagirdə əlli dəfə dediyin sözü o, bircə dəfə düzgün tələffüz edə bilmirsə, demək müəllimin sinirləri poladdan da möhkəm olmalıdır, ya da dartdıqca uzanmalıdır ki, müəllim insult, yaxud infarkt olmaqdan vaz keçə bilsin.Nə isə…gənc ikən həyatımı qəfil itirməmək naminə, necə deyərlər, yaşamaq eşqi ilə jurnalistika peşəsinə yiyələndim.Heç bir dayağım, arxam, nə bilim, daydayım olmadan, yalnız savadım, qələmim ,şəxsiyyətim, bir də bu keyfiyyətlərimə zamanında verilən düzgün qiymət sayəsində iki dövlət qəzetinin baş redaktoru olmuşam.Son illər möhkəm unudulduğumu hiss edirəm, amma sıxılmıram, ümid edirəm ki, nə vaxtsa hansı məqamdasa yada düşərəm. Bu gün məni narahat edən başqa bir məqam var və bu statusu yazmağa məni vadar edən də əslində elə budur.Hamı kimi mən də öz saytımı idarə etməklə bərabər çoxlu insan seli olan sosial şəbəkəyə də daxil olur və fasebook səhifəmdə , maraqlı mövzular olanda fikir və mülahizələrimi ifadə edirəm, yaxud məqalələr də yazıram. Fikir verin, bir də görürsən kimsə birisi sənin bu və ya digər məsələ ilə bağlı fikrlərinlə razılaşmır.Bu tipli insanlar arasında bəzən tanıdığın, yaxşı tanıdığın, zatına bələd olduğun tiplər də olur. Ən dəhşətli hal isə onda baş verir ki,mən sağlam düşüncəmlə cəhd göstərirəm ki,ona səhvini başa salım, o isə cavabında mənim özümü qanmaz sayır….İndi mən neyləyim?! Müəllimliklə bu səbəbdən xudahafizləşdim, jurnalistliklə də xudahafizləşimmi?! Sən demə uşağı qandıra bilməmək dərdin bir yarısı imiş, yetkin insanı qandıra bilməməksə dözülməz haldır. Təsəvvür edin: ölkədə, daha doğrusu paytaxtda yaşayan birisi restorana, kafeyə, müxtəlif yerlərdə müxtəlif təyinatlı dükanlara sahibdir və günləri də elə yeyib-içməklə, eyş-işrətlə keçir, ancaq o, nankorcasına yenə də Azərbaycan Dövlətindən və bu dövlətin kiçik və böyük sahibkarlara yaratdığı kifayət qədər imtiyazlardan yenə narazıdır. Daha çox varlanmaq iddiasında olan bu tipli birisini necə başa salasan ki. onun qatarı relsdən çıxıb,o, düz yolda deyil….Vallah bəzən elə düşünürəm ki, müəyyən qütbə aid olan insanlar artıq zombiləşməyə doğru gedir. Millət üçün bundan acı faciə ola bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir