Yazarlar sabah yeni sədr seçəcək – Anar nələr danışdı?

Yazarlar sabah yeni sədr seçəcək


Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının tarixi məlum olub.

AYB-nin XIII Qurultayı oktyabrın 26-da saat 11:00-da öz işinə başlayacaq. Qurultay Azərbaycan Dövlət Akademik Dram Teatrında keçiriləcək.

Qurultayda bir çox məsələlərin müzakirəsi gözlənilsə də, birliyə sədrlik ictimaiyyətin ən çox müzakirə etdiyi məsələdir.

Qeyd edək ki, Xalq yazıçısı Anar Rzayev 1987-ci ildən birliyin sədridir. Bir-iki istisnanı nəzərə almasaq deməliyik ki, Anar bu seçkilərdə alternativsiz namizəd olub.

Xatırladaq ki, XI Qurultayda AYB sədrliyinə alternativ namizəd kimi mərhum şairimiz Akif Səməd öz namizədliyini versə də, bu alınmamışdı. XII Qurultayda isə şair Elxan Zal Qaraxanlının alternativ namizəd olacağı elan edilsə də, seçkinin gedişi zamanı Elxan Zal namizədliyini geri götürdü və nəticədə birlik sədri postuna yenidən xalq yazıçısı Anar seçilib.

Bəs bu il necə sədrliyə alternativ namizədlər olacaqmı? Ümumiyyətlə, proses necədir, namizədlər əvvəldən bəlli olurmu?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında qurumun sədri, yazıçı Anar Rzayev deyib ki, namizədlər qurultayın gedişi zamanı bəlli olur.

Qeyd edək ki, AYB sədri Anar Rzayev mətbuata açıqlamasında sədrlik üçün yenidən namizədliyini irəli sürəcəyini bildirib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir