XALQIMIZIN ÖZ LİDERİNƏ İNAMI DAHA DA ARTMADADIR

May be an image of Valeh Mirza

İlham Əliyevin beynəlxalq siyasətdə qazandığı uğurlar onun ən layiqli Prezident olduğunu sübut edir. Bəzilərinin cılız düşüncələrinin tam əksi olaraq İlham Əliyev sübut etdi ki o, tək Heydər Əliyevin oğlu olduğuna görə deyil, siyasət meydanında özünün fərdi dəst-xətti ilə də qalib gəlmək əzmindədir. Bu gün dünyanın heç bir qitəsində ona bərabər olan siyasətçi yoxdur.Şərt deyil ki böyük, ya kiçik dövlətin prezidenti olasan.Kişik dövlətin Prezidenti olaraq böyük dövlətlərə idarəetmə prinsiplərində nümunə göstərmək daha çox cəsarət, daha böyük hünər, savad, bilik, cəsarət,yeri gəlsə risk də tələb edir. Ötən bu illər ərzində biz dəfələrlə sadaladığım prinsiplərin təntənəsinin şahidi olmuşuq.Ən başlıcası budur ki İlham Əliyev istər beynəlxalq siyasətdə, istərsə də ölkə iqtisadiyyatının qısa zaman kəsiyində dünyanı təəccübləndirəcək qədər inkişafına nail olmaq üçün atdığı bütün addımlarda öz ağlına, bacarığına güvəndiyi qədər də lideri olduğu xalqının dəstəyinə arxalanır və buna görə də bir-birinin ardınca gerçəkləşən irimiqyaslı layihələr iqtisadi potensialımızın artmasına zəmin yaradır.Bəzən biz idarəetmə prinsiplərini kifayət qədər təhlil edə bilədiyimizdən elə qənaətə gəlirik ki Azərbaycan hər hansı bir iqtisadi dirçəlişdən sonra dərhal cənnət məkanına çevrilməlidir.Xeyir, bu, belə deyil.Dünyada çarpaz siyasət deyilən bir anlam var ki bu da hər kəsin anlaya bilmədiyi qədər mürəkkəb bir prosesdir.Təkcə bir sahədə əldə olunan irili-xırdalı uğur avtomatik olaraq bütün sahələrin inkişafına arzu olunan qədər təkan verə bilməz.. Nəzərə almalıyıq ki biz mövcud olduğumuz coğrafi məkanda geosiyasi proseslərin tüğyan etdiyi məcradan hələ ki yaxa qurtara bilmirik.Dünya güclərinin ayrı-ayrı bölgələrdə əzələ nümayiş etdirdikləri zaman Azərbaycan da bir dövlət olaraq diqqəti cəlb edir.Uzun illərdir Dağlıq Qarabağ məsələsinin həll olunmamasında da bizim bilmədiyimiz, yaxıd tam dərk edə bilmədiyimiz nüansallar az deyil..Məsələ bundadır ki bu münaqişə təkcə iki dövlət arasında yaranan ərazi iddiasıyla bağlı baş versəydi, onda müharibə çağırışları haqlı sayıla bilərdi.Heç bu münaqişənin Ermənistan əhalisinin maraqlarına uyğun olduğu da israrla təsdiqlənə bilməz. Bir-biri ilə qonşuluq şəraitində yaşamağa məhkum olan Azərbaycan və Ermənistan xalqlarını tarixin müxtəlif dönəmlərində qarşı-qarşıya qoyan qüvvələr də mövcuddur.Heç şübhə etmirəm ki gec-tez bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmaqla öz həllini tapacaq..Amma Dağlıq Qarabağ kartını ortaya atmaqla hər iki xalqa tarixin göz dağını yaşadanlarsa yenə də sudan quru çıxacaqlar.Ermənistan güclü dövlətlər tərəfindən silahlandırılır, Azərbaycan isə öz ehtiyat resursları hesabına, iqtisadiyyatını dirçəlməsi sayəsidə hərbi potensialını döyüşə hazır vəziyyətə qaldırır.Odur ki faktiki olaraq dövlətimiz zamanın diqtəsi ilə “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizinin tələblərini yerinə yetiriməkdədir..Çünki biz cəlb olunduğumuz müharibəyə hər an hazır olmalıyıq və onu udmalıyıq. Çarpaz siyasət dedikdəsə mən məhz bunu və sadalamadığım başqa vacib prinsipləri nəzərdə tuturam. Bu kiçik yazımın sonunda demək istəyirəm ki xalqımız öz liderinə inamını daha da artırmalı, qələbə əzmi ilə yaşamalıdır. Müharibə olduğu halda igid oğullarımız Ali Baş Komandanımızın mətin iradəsi sayəsində Dağlıq Qarabağ uğrunda qanlı döyüşlərdə birmənalı olaraq qalib olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir