XALQIMIN COMƏRD NAZİRİ -POEMA

ÖN SÖZ ƏVƏZİ

 Dünyanın  bütün  qitələrində dövlətçilik ənənələri mövcud olan  gündən müxtəlif adlar altında yaradılan bu mühüm qurumun   vəzifəsi  sabitliyi,dövlətçilik prinsiplərini qorumaq,  xalqların azadlığını,onların  qanuunlarla təsbit olunan hüquqlarını  müdafiə eləmək, insanların rahat yaşayışını təmin etmək olub.Bu gün polis kimi  tanıdığımız,  yüksək dəyər verdiyimiz  bu  qəbildən olan comərd insanlar   cəmiyyətin rahatlığı naminə bütün əziyyətlərə qatlaşmağa həmişə hazır olublar.Onlar havada, suda,quruda,yerin altında və üstündə-hər yerdə bizi qoruyur, öz məsuliyyətli və şərəfli vəzifələrini layiqincə yerinə yetirməkdən  qürur duyur, xalqa xidmət etməyi   ən ali vəzifə hesab edirlər.Polisin işi çox ağırdır, bizim təsəvvür etdiyimizdən də qat-qat ağır. Günlərlə, hətta həftələrlə evinə dönməyən, cəmiyyətə  xətər yetirə biləcək   hansısa  bir cinayətkar   qrupun zərərsizləşdirilməsi istiqamətində hazırlanan ciddi  əməliyyat tədbirinin  icraçısı məhz   polis olur. Sirr  deyil ki,ümdə vəzifəsi  müxtəlif kateqoriyalı cinayətkarlığa,cəmiyyətdə mövcud olan hər hansı hüquq pozuntularına qarşı mübarizə aparmaq olan  polisin öz şəxsi həyatı da hər an təhlükə altında ola bilər.Biz mülki vətəndaşlarsa təbii  olaraq bu kimi hallar barədə məlumatlı ola bilmərik və  heç ola bilmirik də.

      Azərbaycan müstəqillik qazanandan sonra ölkə daxilində gedən siyasi proseslər hamımızın gözləri qarşısında baş verib. Dinamik inkişafımızı gözü götürməyən, ölkəmizi zəiflətmək naminə  iğtişaşlar yaratmaq əzmində olan  qonşu dövlətlərin  xarici kəşfiyyat idarələrinin  maliyyə  dəstəyi  ilə səbatsız müxalifət  başqanlarımızın  həyata keçirmək istədikləri dövlət çevrilişi cəhdləri  igid və cəsur  polislərimiz  tərəfindən dəfələrlə məharətlə ifşa olunub və bu yaramaz ünsürlər, boşboğazlar və nadanlar hüquq-mühafizə orqanlarının uğurlu əməliyyatları nəticəsində tərksilah olunaraq zərərsizləşdiriliblər.

1-ci və 2-ci Qarabağ savaşlarında Milli Ordu birləşmələri tərkibində döyüşlərə qatılan Azərbaycan polisi də  qəhrəmanlıq salnaməsi yazaraq  qatil ermənilərə divan tutdu.

 Bu gün Azərbaycan polisinə olduqca bacarıqlı, vətənpərvər, polis şərəfini ucaltmaqdan qürur duyan, dövlətinə, xalqına sədaqət nümayiş etdirməyi bacaran bir Vətən oğlu rəhbərlik edir.O,nazir kimi fəaliyyətinə dövlət, xalq qarşısında cavabdeh olduğu  bu mühüm və həssas  sahənin  icraçılarına qarşı olduqca  diqqətli və tələbkardır. Bu fikri və yanaşmanı hər bir polis zabitinin və sıravi polis işçisinin dilindən eşitmək olar. Həmsöhbət olduğum polis əməkdaşları   Daxili İşlər Nazirinin  bu mühüm sahədə yaratdığı yüksək nizam-intizamdan, qayda-qanundan,ilk növbədə özünə, sonra isə  hamıya  qarşı tələbkar olduğundan  qürur hissi ilə söz açdılar. Dedilər ki, bu gün polis sistemində qazanılan bütün uğurların müəllifi bu şərəfli və məsuliyyətli sahəyə hörmət qazandıran, onu xalqa sevdirən Daxili İşlər Naziri, Fəxri Generalımız Vilayət Eyvazovdur.

 Müəllif

 

(Daxili İşlər Naziri, Zəfər ordenli Fəxri Generalımız Vilayət Eyvazova, eləcə də mətin Azərbaycan polisinə dərin hörmət və ehtiramla)

( poema)
1
Culfanın qeyrət tacıdır.
Zəngəzur dağ silsiləsi
Bu dağlardan əskik deyil
İgidlərin nərə səsi..

Görkəmi göz qamaşdırır,
Görkəmi zər libaslıdır.
Bu dağlarda koroğlular
Yenə zəfər libaslıdır.

Havası, suyu bal dadır,
Bu torpaq -Tanrı neməti.
Bu torpaqda hər bir kəsə
Hakimdir xalq məhəbbəti.

Arazın qolu ordadır,
Darıdağın məlhəm suyu,
Burda çoxdur dağ-dərələr,
Çoxdur bulaqların sayı.

Cənnət məkantək tanınan

Culfada gəldi dünyaya,

Bir dünya sevinc bəxş etdi

Sevimli ata- anaya.

Dedilər sağlam doğulub,

İgid bir oğlan olacaq.

Böyüyəcək, vətən üçün

Çalışacaq, can qoyacaq.

…Əcdadların davamçısı
Kimi sağlam böyüdü o.
Dərin ağlı, düşüncəsi,
Əxlqıyla öyündü o.

Bir evin gur işığıydı,
Dönüb indi bir məşələ,
Əsərimin qəhrəmanı
Gərək olub doğma elə.
2

Deyirlər niyyətin hara,

Mənzilin də olsun ora;

Arzuları gerçək oldu,

Qovuşdu o, ümmanlara.

Bu ehtiraslı gənci çox

Sevirdi qonum-qonşular,

Deyirdilər bu oğlanda

Əsil polis qaməti var.

Gerçəkləndi bu arzu da,

Onu işə götürdülər,

İlk gündən bu gənc polisdə

Mərdlik, cəsarət gördülər.

Aylar, illər ötdü belə,

Polis zabiti oldu o.

Sınandı çox məqamlarda-

Polad kimi yoğruldu o.

Doğrultdu etimadları,

Artdı tez-tez vəzifəsi.

Nazir də eylədi onu,

General olmaq həvəsi.

3

Yüksək rütbə, ad qazandın,
Bu adı çox şad qazandın,
Zirvəyə qanad qazandın,
Xalqımın comərd naziri!

Arxa oldun sözü düzə,
İnandın sən özü düzə,
Bir Tanrı payısan bizə,
Xalqımın comərd naziri!

Sabitliyin qarantı-sən;
Haqqın dəyişməz andı sən,
Dar gündə mərd dayandın sən,
Xalqımın comərd naziri.

Rahatam öz evimdə mən,
Yox qorxum-hürküm kimsədən,
Bu günü bəxş eylədin sən-
Xalqımın comərd naziri

Polis adlı bir ordun var,
Hər biri köksündə vüqar,
Qüdrətlisən, sən bəxtiyar,
Xalqımın comərd naziri.

Azərisən, Türk oğlusan!-
Damarında axır saf qan,
Fəxri Generalımızsan,
Xalqımın comərd naziri.

4

Onun boyu da ucadır,
Onun başı da ucadır,
Xisləti təmiz olanı
Torpaq, bax, belə ucaldır.


Seyr etdim həyat yolunu,
Şər qüvvəylə vuruş gördüm.
Bu oğulda tükənməyən
Qüvvət gördüm, duruş gördüm.

Sevdi bu çətin peşəni,
Burda gecə-gündüz olmur.
Yoxuşu hamarından çox,
Burda hər şey dümdüz olmur.

Fırtınalı bir dəryadır,
Güclü, cəsur olmaq gərək.
Polis oldun,sinən altda
Coşmalıdır daim ürək.

5

Alnın açıq, üzün ağdır,
Çəkilir hər evdə adın;
Sadə polis həyatını
Bugünədək pak yaşadın.

Dəyərini düzgün verdi
Ali Baş Komandanımız,
Bu haqq işdən qürur duyduq,
Çatdı Tanrıya andımız.

Dövlət qürur mənbəyimiz,
O, yoxsa, biz də heç kimik.
Dövlət yoxsa, fırtınada
Batan bir gəmi kimiyik.

Əzmin, hünərin göründü,
Qalatək qorudun onu .
Xainlərin, iblislərin
Növbə ilə çatdı sonu.

Seyr etdim həyat yolunu,
Orda nələr, nələr gördüm!
Cinayətkar ünsürləri
Qarşında hey mələr gördüm.

Qənimsən qaniçənlərə,
Düşmənindir azğın, harın.
Bunu dedi sənə yaxın
Olan poqon yoldaşların.

Dedilər ki.zalımları
Məhəng daşında əzənsən.
Əzəmətli sinən altda
Şir ürəyi gəzdirənsən.

Bəli, budur dövlətinə
Sədaqətin nümunəsi!
Budur haqqın qalib səsi-
Ədalətin təntənəsi!
6
…İstər sazaq, çovğun olsun,
İstər boran, istərsə qar,
İnsanların keşiyində
Durur gecə-gündüz onlar.

Yerin altında, üstündə,
Kənddə, rayonda, şəhərdə,
Qoruyur bizi polisim
Qoruyur bizi hər yerdə.

Qırx dörd gün polislərim də
Döyüşlərə atıldılar,
Düşməndə xof yaratdılar
Xüsusitəyinatlılar.

Şuşamızda dalğalandı
Qalibiyyət bayrağımız,
Qaytarıldı sahibinə
Xan yurdu Qarabağımız.

Hər biri döndü qartala
Xeyirlə şər savaşında,
Şəhid oldu, qazi oldu
Polis Vətən savaşında.

Daxili Qoşunlarımız
Cəsurluq dərsi keçdilər,
Fəxri General önündə
Polis andını içdilər.

Vətən darda olsa, yenə
Polisimiz meydandadır,
Ordumuzun tərkibində
O, hər yerdə, hər yandadır.
7
O, Vətənin igid oğlu, mərd oğludur;
Öz xalqına sədaqətlə xidmət edir.
O, fövqəl bir bacarıqla öz işinə
Nazir kimi ustalıqla diqqət edir.

Bu sahənin işi ağır, yükü çoxdur,
Bu sahədə çaşmaq böyük təhlükədir.
Mətinlikdir bu sahədə rəhbər olmaq ,
Bu, odlar diyarı olan bir ölkədir.

Sevir hədsiz məhəbbətlə Vətəni o,
Vətən ona, o, Vətənə olub dayaq,
Güc, cəsarət hakim olan bir səngərdə
Hələ çox-çox illər sipər dayanacaq.

Əziz sanır bu gün hamı polisini,
Doğmadan da doğma olub indi bizə.
Dövlətim də, millətim də yaxşı bilir
Şər qüvvələr bata bilməz gücümüzə.

Bu güc vahid bir mənbədən qüvvət alır,
O mənbənin kökü –Ali Liderimiz.
Hakimiyyət hərisləri xar oldular,
Polisimlə vahid oldu səngərimiz.

Mərdlik dərsi keçir nazir polisinə,
Arxayınıq hər məqamda biz onlara .
Xalq etibar edir bu gün taleyini
Sabitliyin keşiyində duranlara.

8
Dolğun siyasət güc gəldi,
Çiçəkləndi vətənimiz,
İqtisadi dirçəlişə
Qovuşduq bu minvalla biz.

Təxribata uymadılar,
Sağlam ruhlu gənclərimiz,
Müxalifət düşərgəsi
Silindi, bitdi tərtəmiz.

Vətən daşı olmayanlar

Kəsək kimi parçalandı;
Polisimiz insanlığın
Keşiyində mərd dayandı.

Polislə xalqın birliyi,
Çatdırdı bizi xoş günə.
Bu gün də öz səngərində
Xidmət edir o,vətənə.

9
Yox gecəsi-gündüzü,

Qəsdimizə girən var.

Əzrayıl cildindədir,
Bütün narkobaronlar.

Sanki qənim kəsilib
Onlar bəşəriyyətə,
Bihuşluq tabletləri
Yayırlar cəmiyyətə..

İradəsi zəiflər

Düşürlər torlarına .
Ağır buxov vururlar
Onlar oz qollarına.

Alınıb nəzarətə
Artıq sərhəd kəndləri,
Polis tərksilah edib
Alverçi həpəndləri.

Çətindir, çox çətindir
Bu halla mübarizə,
Bilmirsən hansı yandan
Təhlükə çoxdur bizə.

Cənubdamı, Şimalda?-
Yoxsa Qərbdədir özək ?!
Bu, siyasi oyunsa
Özünü göstərəcək.

Hardan əssə bu külək,
Tozu geri dönəcək.
Çevik siyasətimiz
Bu “odu” söndürəcək.

Ayıq-sayıqdır polis,
Hər anın keşiyində,
Azərbaycanım adlı

Qalanın keşiyində.

Güvənib, güvənəcək

Xalqım polisimizə;

Yuxusuz gecələri

Həyat bəxş edir bizə!

10

Söz verdi Prezidentə o,

Verdi comərd sözü nazir

Candan əziz qoruyacaq,

Dedi hər an bizi nazir.

,

Hər evə, hər ailəyə

Doğmadan-doğma olub o,

Parlayıb sübh günəşitək,

Nurtək qəlblərə dolub o.

Güvənir polis özünə,

Zor gəlir şər qüvvələrə;

Dövlətim də, millətim də

Söykənir nər qüvvələrə.

Haqqın gücü dilindədir,,

Kəsərlidir sözü onun;

Səngərini tərk etməyən

Bir əsgərdir özü onun.

Mən də söz səngərimdəyəm,

Dəyişməzdir hədəfimiz;

Haqqa tapınıb girmişik

Haqsızlarla döyüşə biz.

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir