Vəhşi heyvan yeməyə davam edən çinlilər ağıllanmadı – FOTO

Dünyanı cənginə alan koronavirusun ortaya çıxdığı Çinin Quanqdonq bölgəsində yerləşən Şenzhen şəhərində it və pişik ətinin satışı qadağan edilsə də, şəhərdəki bazarlarda qurbağa və tısbağa əti satılmağa davam edir.
Moderator.az xəbər verir ki, sözügedən bazarda canlı krevetlərin açıq şəkildə satıldığı görüntülənərkən, satıcıların müştəri tələblərinə görə canlı əqrəb satmağa da istəkli olduqları ifadə edilib.
Fevral ayının sonlarında tısbağa, qurbağa, ilan və əqrəb kimi bir çox heyvanın satışını qadağan edən Çin hökumətinin sonradan satıla biləcək “vəhşi heyvanlar” siyahısını dəyişdirdiyi bildirilib.
Kamran

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir