Ukraynadakı səfirliyimiz vətəndaşlara MÜRACİƏT ETDİ

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə olan vətəndaşlara müraciət edib.

“Kobramedia.az”ın yazdığına görə Səfirlikdən Redaktor.az-a daxil olan məlumatda martın 10-na Ukrayna ərazisində qatarların hərəkəti cədvəli açıqlanıb.

Qatarların hərəkət cədvəli ilə bu linkdən tanış olmaq olar.

Səfirlik vətəndaşlarımızı bu qatarlardan istifadə etməklə Ukrayna ilə həmsərhəd ölkələrə gəlmələrini xahiş edir: “Sərhədə gələn vətəndaşlarımız səfirliyimizin əməkdaşları tərəfindən qarşılanacaq, onların heç bir ödəniş olmadan qonşu ölkələrə keçməsinə yardım ediləcək”.

Azərbaycanın Ukraynadakı səfirliyi, həmçinin hazırda soydaşlarımızın bu ölkədən təxliyəsi ilə məşğul olan şəxslərin nömrələrini yayımlayıb:

Azərbaycanın Ukraynadakı Səfirliyi: Ceyhun Məmmədov +380442773489

Mahmud Qurbanov  +48 795 759 534 (WhatsApp), +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592

Ukraynanın Xarkov şəhərində Fəxri konsulluq: Malik Dursunov: +380 50 323 9483, Murad Ömərov: +380675782141 , Əfqan Salmanov: +380577000531

Azərbaycanın Moldovadakı səfirliyi: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277

Azərbaycanın Polşadakı səfirliyi: 0048576900183 saylı “qaynar xətt”inə bağlı yaxud vatsap nömrəsi, o cümlədən consul_warsaw@mission.mfa.gov.az imeylinə müraciət etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir