TALIŞ QIZIYAM , CƏNUB ELİNDƏ.
Vallah bu dünyaya bir hədiyyəyəm ,
Nə gözəl yaradıb Allah – Taala.
Hər bir çətinliyə sinə gərmişəm ,
Yenilməz , möhtəşəm qalayam , qala.
Xoşbəxt doğulmuşam sən bil ,anadan
Sevgimdən güc alır inan ki , bu can .
Səni gözləyirəm ” ağ atlı oğlan ”
Qəlbim məhəbbətlə döyünür hər an.
Daş da muma dönər məni dinləsə ,
Sanki bal qatmışam hər bir sözümə .
Rəssam tablosuna bənzəyir, baxsan ,
Sən heyran olarsan mənim gözümə.
Tükənmir heç zaman arzu , diləyim ,
Sənin həsrətindən Leyli olmuşam.
Bir talış qızıyam , Cənub elində ,
Dilimlə özümə mən yer almışam.
10.10.2019
Səbahət Lənkəranlı.
