Şeyx Əbdül : “Heç kimə ağız açmamışam, heç indən belə də açmaram

Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəylinin səhhətində problemlər yaranıb. Bir həftə öncə müayinə olunmaq üçün İrana gedən rejissor dünən Bakıya qayıdıb.

“Kobramedia.az”  “Tezadlar.az” a  istinadən xəbər verir ki, o, hazırda ev şəraitində həkim nəzarətində müalicəsini davam etdirdiyini bildirib:“Film çəkilişlərində oldum. Gecə-gündüz dayanmadan davam edən çəkiliş səhhətimə təsir etdi. Bronxlarımda ciddi prloblemlər yarandı. Nəfəs ala bilmədim, gördüm boğuluram. Müayinə üçün İrana getdim. Qan analizləri verdim, müayinələrdən sonra həkimlər müalicə təyin etdi.

Ürəyimdə də problemlərim var, bir yandan da təzyiq göz açmağa qoymur. Ev şəraitində həkim nəzarəti altında müalicəm davam edir. Yavaş-yavaş özümə gəlirəm”.

Ə.Mahmudbəyli müalicə xərclərini özü çəkdiyini bildirib:

“Dava-dərman, eləcə də həkimlərin xərcini özüm çəkdim. Heç kimə ağız açmamışam, heç indən belə də açmaram. Çünki mən özümə hörmət edən insanam. Xəstəliyim barədə danışmağı da xoşlamıram, israr etdiz, dedim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir