Sabir Rüstəmxanlı AYB qalmaqalından danışıb



DİA.AZ-ın məlumatına görə, S.Rüstəmxanlı Pravda.az-a açıqlamasında deyib ki, Anar seçilib, bunu artıq müzakirə etməyə dəyməz.

“Anarı bir daha təbrik edirəm, cansağlığı arzulayıram. Qurultayda da bununla bağlı çıxış etdim. Hərənin öz fikri var. Məncə, seçki prosesində müəyyən qüsurlar var idi. Kim istəyib, namizədliyini vermişdisə, onların da namizədliyi səsə qoyula bilərdi. Bunda bir problem yox idi. Qurultayın ümumi havası yaxşı idi. Amma elə etmək olardı ki, axıra kimi yaxşı olsun”, – o deyib.

S.Rüstəmxanlı Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistə göstərdiyi münasibət barədə isə fikir bildirəməyib: “Mən bu şeylərə münasibət bildirə bilmərəm, çünki görməmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir