Rusiyadan Ukrayna ilə bağlı ABŞ-a xəbərdarlıq

 “Kobramedia.az” AZADİNFORM-a istinadən xəbər verir ki  “Rusiya sərhədində ABŞ və bir sıra ölkələrin gərginliyi artırmağa yönəlik fəaliyyət göstərməsi münasibətləri geri dönüşü olmayan bir yola apara bilər”.

Xəbər verilir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Nazir qeyd edib ki, rəsmi Kiyevin hadisələrlə bağlı hərbi vəziyyət elan etdiyi halda, Ukraynadan tək tərəfli müstəqilliyini elan edən Donetsk və Luqansk Xalq Cümhuriyyətlərinin olduğu Donbass bölgəsi üçün təhdid yaranacaq: “Ukraynada hərbi vəziyyət elan edildiyi halda bu bölgədə hansı hadisələrin yaşanacağı diqqətlə təqib edilməlidir. Hərbi vəziyyət olmadığında belə yaşayış məntəqələrinə atəş açılması, sakinlərin öldürülməsi kimi beynəlxalq insan haqları pozuntularına rast gəlinir. Hərbi vəziyyətin elan edilməsi ilə radikallar və milliyyətçilər  özlərini çox böyük ehtimalla “əlləri-qolları açılmış” kimi hiss edəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir