Rusiyadakı ermənilərin ümidləri puç oldu…

“Prezident İlham Əliyev AzTV-yə müsahibəsində erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı ermənilərə kifayət qədər sərt mesajlar verdi. Laçın, Zabux və Sus kəndlərinin ermənilər tərəfindən dərhal boşaldılması məsələsi bir daha vurğulandı”. 
 

“Kobramedia.az” ın yazdığına görə Modern.az xəbərr verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

Deputat, həmçinin qeyd edib ki, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərarın qəbulunu təxirə salmaması tələbi və nəhayət, Qarabağ erməniləri üçün Azərbaycanın digər vətəndaşlarından fərqli hər hansı status gözləntiləri olmamalıdır.

“Maraqlıdır ki, bütün bunlar bu yaxınlarda Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Konyada keçirdiyi görüşdən sonra səsləndirilib. Bundan əlavə, xatırladaq ki, Türkiyə lideri bir həftə əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, onunla 4 saatlıq danışıqlar aparıbsa, güman edirəm ki, Rusiyadakı ermənilərin Türkiyə və Azərbaycanla qarşıdurmada ümidləri puç olub. Hazırda erməniləri çəkindirən bir şey var ki, bu da separatçı liderlərin davranışlarında və sözlərində aydın görünür. Lakin onlar istər-istəməz yeni geosiyasi reallıqlara dözməli olacaqlar”, – deyə parlamentari vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir