“Qarabağ”ın oyunu alman hakimlərə tapşırıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Almaniyadan olan hakimlər briqdasına həvalə edib.
Matçın baş hakimi 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətt hakimləri Yan Seydel və Lasse Koslovski köməklik edəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.
Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyununa saat 20:30-da start veriləcək. Bu komandalar arasında Kiprdə baş tutan ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir