PREZİDENTİN ŞƏRƏF VƏ LƏYAQƏTİNİ HAMI ÖZ ŞƏRƏF VƏ LƏYAQƏTİ KİMİ QORUMALIDIR

FƏALİYYƏT, İŞ OLAN YERDƏ NÖQSANLAR QAÇILMAZDIR. HEÇ VAXT HƏR İŞ ÖZ AXARIYLA GETMİR. BÜTÜN SAHƏLƏRİ İDARƏ EDƏNLƏR, YƏNİ  İCRAÇILAR İNSANLARDIR. BU İNSANLARINSA HƏRƏSİ BİR AİLƏ MÜHİTİNDƏ TƏRBİYƏ OLUNUBLAR. VƏZİFƏYƏ TƏYİN OLUNAN ŞƏXSLƏRİN BEYNİNİN İÇİNİ OXUMAQ, GÖRMƏK , ONUN HANSI MƏQSƏDLƏ-XOŞ, YAXUD İYRƏNC NİYYƏTLƏ BU VƏZİFƏYƏ YİYƏLƏNMƏK İSTƏDİYİNİ ÖNCƏDƏN ÖYRƏNMƏK VƏ ÜMUMİYYƏTLƏ BU BEYİNLƏRƏ NƏZARƏT ETMƏK MEXANİZMİ OLSAYDI ONDA HEÇ HƏBSXANALAR DA GƏRƏK OLMAZDI. GÖRMÜRSÜNÜZ SEL KİMİ BİR İLDƏ HƏBSXANALAR DOLUR,, PREZİDENT İSƏ HÜMANİSTLİK NÜMAYİŞ ETDİRƏRƏK MÜTƏMADİ OLARAQ AMNİSTİYA VƏ ƏHVETMƏ VASİTƏSİLƏ BƏZİLƏRİNƏ AZADLIQ QİSMƏT EDİR. ÜMUMİYYƏTLƏ BİZ ÖYRƏNCƏLİYİK HAMININ GÜNAHINI BİR ADAMIN ÜSTÜNƏ YIXMAĞA.BİR NAZİRİN İŞİNDƏ NÖQSAN VARSA, BİR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI DƏLƏDUZLUQLA MƏŞQULDURSA BİZ ONLARIN YAXASINDAN TUTUB SİLKƏLƏMƏLİYİK,LORU DİLLƏ DESƏK LAP YIXIB-SÜRÜMƏLƏYİK DƏ, ƏLBƏTTƏ ƏLİMİZDƏ KİFAYƏT QƏDƏR DƏLİL-SÜBUT VARSA.ƏN RAHATI ELƏ PREZİDENTİ TƏNQİD ETMƏKDİR KİMİ DÜŞÜNÜB BÜTÖV BİR ÖLKƏYƏ BAŞÇILIQ EDƏN BİRİNCİ ŞƏXSİ HƏTTA TƏNQİD DEYİL TƏHQİR DƏ EDİRİK BU İSƏ ƏN AZI LƏYAQƏTSİZLİKJDİR… YARAMAZ İNSANLAR BUNU BİR DƏ ONA GÖRƏ EDİRLƏR Kİ PREZİDENT HEÇ KİMİ MƏHKƏMƏYƏ VERMİR, HEÇ KİMİ HƏBS ETDİRMİR, BÖYÜK MƏBLƏĞDƏ PULLA CƏRİMƏLƏTDİRMİR, BİR SÖZLƏ BU TİPLİ ŞANTAJLARA DÖZÜMLÜLÜK NÜMAYİŞ ETDİRİR. ŞƏXSƏN MƏNƏ GÖRƏ HƏR HANSI BİR İNSANI TƏHQİR ETMƏK ONA FİZİKİ ZƏRBƏ VURMAQDAN ÇOX-ÇOX AĞIRDIR VƏ ONUN CƏZASI DA QAT-QAT AĞIR OLMALIDIR. BABALARIMIZ NAHAQ YERƏ DEMƏYİBLƏR Kİ ” SAĞALAR QILINC YARASI, SAĞALMAZ DİL YARASI!” ÜMUMİYYƏTLƏ TARİXƏ NƏZƏR SALANDA GÖRÜRSƏN Kİ HƏTTA DÜNYADA GEDƏN MÜHARİBƏLƏRİN BELƏ ƏKSƏRİYYƏTİ HÖKMDARLARIN SÖZƏ HÖRMƏTSİZ YANAŞDIQLARININ ACI NƏTİCƏSİ OLUB, ÇÜNKİ O BİRİ HÖKNDAR BU HÖKMDARIN BURAXDIĞI “QUŞU” BAĞIŞLAYA BİLMƏYİB. YERİ GƏLMİŞKƏN, ELƏ AZƏRBAYCAN XALQININ QATI DÜŞMƏNİ OLAN SERJ SARKİSYAN DA BÜTÜN DÜNYANI ALDATMAQLA , HƏR YRRDƏ QUŞ BURAXMAQLA MƏŞQULDUR . ŞÜBHƏSİZ O DA ÖZ NÖVBƏSİNİ- BİZİM PREZİDENTİMİZ TƏRƏFİNDƏN CİDDİ CƏZALANACAĞI ANI GÖZLƏYİR. NƏ İSƏ, HƏR KƏS ÖZ İŞİNDƏ-GÜCÜNDƏ MƏSULUYYƏTİNİ ARTIRMALIDIR, DEDİ-QUDUYLA MƏŞQUL OLMAMALIDIR,DÜNYA MİQYASINDA MÜSTƏQİL DÖVLƏTİMİZİ TƏMSİL EDƏN LİDER PREZİDENTİMİZİN ŞƏRƏF VƏ LƏYAQƏTİNİ ÖZ ŞƏRƏF VƏ LƏYAQƏTİ QƏDƏR ƏZİZ TUTMALIDIR.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir