PARLAQ GÜNƏŞİMİZİN DOĞUM GÜNÜ MÜBARƏK!

Hamı


Şəkilin açıqlaması yoxdur.Bu gün bütün Azərbaycan xalqı İlham Əliyevi Doğum Günü münasibətilə təbrik edir, öz arzu və istəklərini ona ünvanlayır. İlham Əliyev Azərbaycana bu ölkə üçün ən mürəkkəb bir zamanda xalqın yekdil səsi ilə rəhbər təyin olundu.Heydər Əliyevin başladığı genişmiqyaslı işləri başa çatdırmaq üçün onun kimi əqidəli, bacarıqlı, prinsipial bir liderə ehtiyac duyulurdu və bu insan da yalnız İlham Əliyev ola bilərdi.Olduqca mürəkkəb bir zaman idi.İlham Əliyev Heydər Əliyevin komandası ilə gərgin əməyi sayəsində bütün çətinlikləri, maneələri böyük bacarıqla adlaya bildi.Bu gün Azərbaycanın dövlət siyasətində İlham Əliyevin dəst-xətti qırmızı xətlə diqqəti cəlb edir.Müasir düşüncə tərzi ilə dünyada gedən prosesləri ağlının süzgəcindən keçirib heç kimin bacara bilmədiyi gedişləri etməklə hər dəfə dünya siyasi liderlərini təəccübləndirməyə qadirdir Prezidentimiz.Qısa zaman kəsiyində Heydər Əliyev kimi nəhəng siyasi liderdən sonra dünyaşöhrətli bir siyasi liderə çevrilmək Azərbaycan gerçəkliyində ağlasığmaz bir hal idi.İlham Əliyev bütün dünyaya sübut etdi ki buna nail olmaq mümkündür, xalqının rəğbətini, məhəbbətini qazanmaqla, həyatını xalqına həsr etməklə.İlham Əliyev Dünya Azərbaycanlılarının rəğbətini qazandı, bütün türk dünyasının liderinə çevrildi.Bütün bunlar dünyanın gözü qarşısında baş verdi.İndi Azərbaycan çox-çox uzaqlardan da aydın görünür, İlham Əliyevsə onun başı üstdə Günəş kimi parlayır.PARLAQ GÜNƏŞİMİZİN DOĞUM GÜNÜ MÜBARƏK OLSUN!
VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir