Pandemiya dövründə də mərkəzin yetirmələri yüksək istedad və bacarıq nümayiş etdirərək qaliblər cərgəsinə yüksəliblər

   

 

   “KORONAVİRUSA QALİB GƏLƏK”

 …  İlk baxışda oxucu  üçün  bəlkə də  kifayət qədər  inandırıcı səslənməyən  bu xəbər  əslində sözün tam mənasında  həqiqətdir.Və bu qələbələr heç də asanlıqla qazanlılmayıb.İstedad, üstə gəl  birincilik iddiası  və qətiyyət  bu  istedad sahbiblərini qələbələrə aparan çətin yarışmalarda  qalibiyyət kürsüsünə ucaldıb.

     Bütün dünyanı cənginə almış koronavirus (COVİD-19) epidemiyası ilə əlaqədar elan olunmuş pandemiyaya baxmayaraq, uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, yaradıcılıq qabiliyyətlərinin və bacarıqlarının inkişaf etdirilməsi, istedadlı uşaqların üzə çıxarılması məqsədilə karantin dövründə  də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi çoxlu  sayda  tədbirlər həyata keçirib. İlk tədbir  mart ayında “Rəsm” dərnəyinin üzvləri arasında “Koronavirusa qalib gələk!” mövzusunda   onlayn rəsm müsabiqəsi olub. Müsabiqəyə qoşulan  yeniyetmə və gənc rəssamlar rənglərin dili ilə  koronavirus epidemiyası, bu xəstəliyə qarşı mübarizə ilə bağlı maraqlı fikir və düşüncələrini  rəsmlərin dili ilə  ifadə ediblərək  mərkəzin facebook səhifəsində yerləşdirərək    qalib olublar, diplomlarla mükafatlandırılıblar.

                  Evdə qalaq, evdə  yaradaq”

Təhsil Nazirliyinin dəstəyi ilə mərkəz 5-28 aprel tarixlərində sosial şəbəkə çərçivəsində “Evdə qalaq, evdə yaradaq!” adlı respublika onlayn yaradıcılıq müsabiqəsi keçirib. Müsabiqəyə Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 6-17 yaşlı dərnək üzvləri qatılıblar. “Bədii qiraət”, “Əl işləri”, “Musiqi alətində ifa”, “Rəqs” nominasiyaları üzrə elan olunan  müsabiqəyə 63 müəssisədən 450-dək dərnək üzvü 440 iş təqdim edib. Münsiflər heyəti  tərəfindən hər nominasiya üzrə yaş qruplarına görə seçilən qaliblərə diplomlar verilib və  qalib işlər mərkəzin facebook şəbəkəsi vasitəsilə yayımlanıb.

                    “ Pəncərəmdən açılan  mənzərə”

May ayında  isə Təhsil Nazirliyinin və Mərkəzin təşkilatçılığı ilə “Pəncərəmdən açılan mənzərə” onlayn beynəlxalq uşaq fotomüsabiqəsi təşkil olunub. “Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik” və “Sevdiklərim” nominasiyaları üzrə keçirilən  bu müsabiqəyə Bakı şəhəri, respublikanın rayonları və dünyanın 14 ölkəsindən 7-17 yaşlı uşaqlar  qoşularaq, 250-dən çox fotoşəkil təqdim ediblər. Münsiflər heyəti tərəfindən hər nominasiyada 3 yaş qrupu üzrə qiymətləndirilmə aparılıb və  qaliblər  diplomlarla mükafatlandırılıb, bütün digər iştirakçılar isə sertifikatlara sahib olublar. Qaliblərin foto işləri mərkəzin sosial şəbəkəsində  nümayiş etdirilib.  

                    “Biz  birlikdə güclüyük”

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə dünya uşaqlarının iştirakı ilə onlayn platformada “Biz Birlikdə Güclüyük!” adlı “Dəyirmi masa” keçirib. ZOOM proqramı vasitəsilə təşkil olunan görüşə dünyanın 20-dən çox ölkəsinin 8-13 yaşlı uşaqları qatılıblar. Tədbirin əvvəlində Təhsil nazirinin müavini Firudin Qurbanov bütün  iştirakçıları salamlayaraq onlara  xoş arzularını bildirib və “dəyirmi masa”nı açıq elan edib. Uşaqlar bir-biri ilə tanış olublar, dostluq əlaqələri qurublar, pandemiya dövründə onlayn təhsil haqqında, asudə vaxtlarını necə keçirdikləri barədə fikir mübadiləsi aparıblar. Tədbir masa iştirakçılarının dünya uşaqlarına təbriki və xoş arzuları ilə sona çatıb.Məqsəd bir idi: bütün dünya uşaqları xoşbəxt, müharibəsiz, aydın səma altında yaşasınlar.

Bundan başqa, pandemiya dövründə mərkəz  öz istedadlı yetirmələri ilə bir çox respublika, şəhər, rayon onlayn müsabiqələrinə  də qatılaraq   böyük nailiyyətlərə imza atıb.

5-30 aprel tarixlərində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elan etdiyi “Biz birlikdə güclüyük” respublika onlayn rəsm müsabiqəsinə mərkəzin gənc rəssamları 76 rəsm işi ilə qatılıb və onların  6 nəfəri  qalib olub. Nəticədə gənc rəssamlar Ayaz Nəcəfli, Ayaz Mahmudzadə,  Dəniz və Səfərli Nərgiz  qalib adını qazanıblar.

13 aprel – 3 may tarixlərində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi “Gələcək naminə birlikdə” respublika onlayn videoçarx müsabiqəsində də  mərkəzin “Çiçəyim” uşaq teatrının üzvü  Leyli  Abbasova  fərqlənərək III yerə layiq görülüb və   diplomla  mükafatlandırılıb.

20 aprel – 5 may tarixlərində Təhsil Nazirliyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkil etdiyi “Evdə qalaq, nəğmə deyək” respublika onlayn mahnı müsabiqəsində mərkəzin “Mahnı teatrı” dərnəyinin üzvü Cavid  Haqverdiyev  daha yüksək nəticələr  göstərərk  I yerə, “Vokal” dərnəyinin üzvü Musa Murad isə II yerə layiq görülüblər.

    “Mənim milli adət-ənənələrim”  adlı  beynəlxalq rəsm müsabiqəsi

19 may -15 iyun tarixlərində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin keçirdiyi “Mənim milli adət-ənənələrim” adlı beynəlxalq rəsm müsabiqəsinə mərkəzin 15  yeniyetmə və gənc rəssamı qatılmış, onlardan Qurban Kövsər və Gülxanım Əmirli  I yerə,  Ayaz Nəcəfli , Cəlal Allahverdiyev  və Nərmin Məmmədli   həvəsləndirici  mükafatlara  layiq görülüblər.   Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanım” III respublika uşaq rəsm festivalına  da mərkəzin gənc rəssamları   qatılıblar. 800-ə qədər  iştirakçının  vertual qaydada qatıldığı festivalda  mərkəzin dərnək üzvləri  Cəlil Kərimli  I , Qurban Kövsər isə həvəsləndirici yeri tutublar.

Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə 4-14 yaşlı uşaqlar arasında keçirilən “Evdə qalmağın xeyri” adlı rəsm və nağıl uşaq rəsmləri müsabiqəsində də mərkəzin  istedadlı yetirmələri  uğur qazanıblar. Gənc rəssamlardan Qurban Kövsər I, Nigar Hacılı  II, Dəniz Quliyeva III yeri, “Nağıl” nominasiyası üzrə Səbirə Həsənli  isə I yeri qazanıblar.

         “Minnətdarıq”  adlı   respublika rəsm  müsabiqəsində qalib olublar

  Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Minnətdarıq” adlı Respublika rəsm müsabiqəsində Cəlil Kərimli  I yerə layiq görülüb. Nəsimi rayon İcra Hakimiyyətinin uşaqlar arasında təşkil etdiyi onlayn Yaradıcılıq Müsabiqəsində “Rəqs” nominasiyası üzrə “Bal rəqsləri” dərnəyinin üzvləri  Qaflan Abbasov və  Anastasiya Kşnyakina  I yerə, “Milli rəqs” dərnəyinin üzvləri  Burhan  Əlizadə  II, Aysel Hümbətova  III yerə, “Şeir” nominasiyası üzrə “Gənc aktyorlar” dərnəyinin üzvləri  Tural İbrahimov  II, Türkan  Nəcəfova  III yerə, “Mahnı” nominasiyası üzrə “Mahnı teatrı” dərnəyinin üzvü Cavid Haqverdiyev  III yerə, “Rəsm” nominasiyası üzrə gənc rəssamlar  Nərgiz  Səfərli  I yerə, Güldanə Pənahova  III yerə layiq görülüblər.

               “Şahmat”  dərnəyinin üzvləri uğur qazanıblar

Nizami rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi məktəblilər arasında onlayn şahmat birinciliyinə qatılan  mərkəzin “Şahmat” dərnəyinin üzvləri  də  qalibiyyət əldə ediblər. Bu yarışmada  gənc şahmatçılardan  Həkimxan Həsənxanlı I, Mustafa  Kamal Musayev   II, İsmayıl  Həsənov  isə III yerləri tutublar.

Cəfər Cabbarlı  ev muzeyinin təşkilatçılığı ilə  9 May – Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə elan edilən  “Marş irəli, əsgərim!” adlı onlayn şeir müsabiqəsində  mərkəzin “Gənc aktyorlar” dərnəyinin üzvü  Tural İbrahimov  III yerə layiq görülüb. Milli Olimpiya Komitəsinin təşkil etdiyi “OSER 2020” onlayn videoçarx müsabiqəsində mərkəz  91 videoçarxla   iştirak edib.

Pandemiya dövründə mərkəzin istedadlı  üzvləri  həmişə olduğu kimi, beynəlxalq müsabiqələrə də   böyük həvəslə qatılaraq  böyük uğurlara imza atıblar.

 Mərkəzin 13  üzvü  İtaliyada keçirilən “Sinq  at Home” onlayn beynəılxalq  müsabiqəyə qatılıblar

İtaliyada keçirilən “Sing at Home” (“Evdə oxu”) onlayn beynəlxalq müsabiqəsinə mərkəzin 13 istedadlı üzvü  müxtəlif nominasiyalar üzrə qatılıb. Gənc vokalçılar və musiqi dərnəklərinin üzvləri müsabiqənin “Vokal” və “İnstrumental ifa” janrları üzrə iştirak ediblər. Onlardan  Kənan Gülməmmədov  müsabiqənin ən yüksək “Qran-pri” mükafatına,  Cəmilə Məmmədli , Mirelmir  Seyidov  I yerə, Elmir  Panəlili ,Sübhan Hüseynli , Cavid Haqverdiyev  II yerə, Böyükxanım  Məmmədova, Banuçiçək  Səfiyarlı,  Musa Murad, Kşnyakina Anastasiya, Kşnyakina Darya, Kənan Gülməmmədov , Kamran   Zahirbəyov   isə III yerə layiq görülərək  diplomlarla mükafatlandırılıblar.  Sevindirici haldır ki, müxtəlif ölkələrin əməkdar mədəniyyət və incəsənət xadimlərinin, peşəkar müəllimlərin   və bir necə festivalların direktorlarının  təşkilatçılığı ilə təşkil  olunan  müsabiqənin münsiflər heyətinin tərkibində mərkəzin direktoru Lalə Qəti də  təmsil olunub.

            “Dünyamızı  qoruyaq”onlayn rəsm  müsabiqəsi

  Aprel ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsinə gənc rəssamların 45 rəsm işi təqdim olunub. Cəlil  Kərimli  I, Arif  Quliyev  III yeri qazanıb, “Dostluq” nominasiyası üzrə Qurban Kövsər və “Musiqi” nominasiyası üzrə Zərinə Şıxəliyeva  I yerə layiq  görülüblər.

25 aprel – 1 iyul tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində 6-16 yaşl qrupu   arasında keçirilən “Истоки” (“Mənbələr”) beynəlxalq onlayn vokal müsabiqəsinin “Böyük Vətən müharibəsi və müharibə iştirakçılarına həsr olunmuş mahnılar” nominasiyasına mərkəzin 3 gənc vokalçısı qoşulub, onlardan  Cavid Haqverdiyev  II dərəcəli laureat adını qazanıb.

            V Beynəlxalq müsabiqədə laureat adını qazanıblar

    May ayında Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Concerto Virtuoso” V Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində də  Mərkəzin “Mahnı teatrı” dərnəyinin üzvü  Şölə Quliyeva  “Estrada-vokal” nominasiyası üzrə 3-cü dərəcəli laureat adına layiq görülüb.

        Mərkəzin istedadlı gəncləri birincilər  sırasındadır 

20-22 may 2020-ci il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində “Новая школа” tədris müəssisəsi tərəfindən elan olunmuş gənclərin 1-ci “İT Stars – 2020” Beynəlxalq Onlayn Texnologiyaları müsabiqəsinə isə “Proqramlaşdırma” sahəsi üzrə 9, “Layihə” sahəsi üzrə 1, “Təqdimat” sahəsi üzrə 1 istedadlı dərnək üzvü qatılmaqla 11 nəfər vətənimizi təmsil edib. Onlardan Əli  Heybətov  II, Fərhad Qalibov  və  Hüseynağa Quliyev  III yerləri qazanıblar, İlham Nəbiyev  isə sertifikatla mükafatlandırılıb. İspaniya Krallığında təşkil olunan “Dalls Moustache” adlı Beynəlxalq Festival-Müsabiqəsində mərkəzin gənc rəssamı Qurban Kövsər qalaraq  III dərəcəli diplomla təltif olunub.

Bundan başqa, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq Folklor, Klassik, Müasir yaradıcılıq festivalına da Mərkəzin  rəqs, vokal və musiqi dərnəklərinin 25 üzvü qoşulub,  12 nəfər “Xoreoqrafiya yaradıcılığı”, 6 nəfər “Vokal yaradıcılığı”, 2 nəfər isə “İnstrumental yaradıcılıq” nominasiyası üzrə qalib olub. Milli rəqs üzrə Burhan  Əlizadə  II yeri, Sunay Məmmədli  və Nuray Azaqlı  həvəsləndirici yerləri, Bal rəqsi üzrə  Timur  Şevçenko  və  ElzaYeliseyeva  II yeri,   Qaflan Abbasov  və Kşnyakina Anastasiya III yeri, Müasir rəqs üzrə Aylin İbrahimova , Aysu Əhmədova  , Angelina Şabanova  III yeri, İnstrumental ifa üzrə  isə Aytən Babaşova  III yeri, Vokal üzrə Ümid Cəfərzadə  III yeri  qazanıblar.

Polşanın Rıbnik şəhərində keçirilən tanınmış rəssam Mark Şaqalın yaradıcılığına həsr olunan  XVI beynəlxalq uşaq və gənclərin yaradıcılıq müsabiqəsində Mərkəzin 14 gənc rəssamı iştirak etmiş, 2 nəfər  Güldanə  Pənahova və Güldanə  Əmirli  I yerə layiq  görülüblər.

                   Mərkəzin fəalları ilə  görüş keşirilib

Pandemiya dövründə yeni tədris ili ilə bağlı ZOOM proqramı vasitəsilə 3 sentyabr tarixində mərkəzinin fəalları ilə görüş keçirilib. Görüşdə fəal dərnək üzvləri pandemiya dövründə məşğul olduqları onlayn dərslər və keçirilən tədbirlər barədə maraqlı fikirlər  ifadə edərək, yeni tədris ili üçün   maraqlı təkliflərini irəli sürüblər.

Sentyabrın 9-da  isə  mərkəzin təşkilatçılığı ilə respublikanın regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin ən fəal dərnək üzvləri ilə də ZOOM proqramı vasitəsilə görüş keçirilib. Fəalların fikirləri və irəli sürdükləri təkliflər hamının  maraqına səbəb olub.

 Göründüyü kimi pandemiya dövründə  də mərkəızin yaradıcı  üzvləri öz istedad və bacarıqlarını nümayiş etdirərək ölkə daxilində və beynəlxalq yaradıcılıq müsabiqələrində  həvəslə iştirak ediblər və qaliblər cərgəsinə ucalıblar. Müəıllimlərin əzmkarlığı, yeradıcı yeniyetmə və gənclərin fəallığı nəticəsində əldə olunan nailiyyətlər  bu gün  mərkəzə yönəli olan diqqət və marağı  birə-beş artırır. Sabahın karifey sənətkarları ola biləcək  adlarını sadaladığımız və sadalamadığımız   istedadlı  dərnək üzvləri  sənətdə qazandıqları bütün uğurlara görə nə vaxtsa haqqında söhbət  açdığımız   bu mərkəzə  öz dərin minnətdarlıqlarını      fəxrlə  dilə gətirəcəklər.

 Sifai  SƏFƏROVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir