Moskvada Qarabağla bağlı mühüm görüş başladı

SON DƏQIQƏ! Moskvada Qarabağla bağlı mühüm görüş başladı

 23:23 30 Yanvar 2021 956 SiyasətElvin NüsrətA-A+ Paylaş Tweet Whatsapp Göndər

Bu gün nəqliyyat infrastrukturunun bərpasını müzakirə etmək üçün Moskvada AzərbaycanRusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.

“Kobramedia.az”ın yazdığına görə Metbuat.az xəbər verir ki, iclasda Dağlıq Qarabağda nəqliyyat və onun təhlükəsizliyinin təmin edilməsi, habelə digər nəzarət məsələləri üzrə ekspert altqruplarının yaradılması barədə qərar qəbul edilib.

Bu barədə iclasın yekununda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınmalar; nəqliyyat, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, altqrupların yaradılmasına dair razılığa gəldilər”, – deyə Rusiya Nazirlər Kabinetinin saytında qeyd edilib.

Altqrupların formalaşdırılmasını 2 fevral tarixinədək tamamlamaq planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir