Maştağada “erməni” qoçuluğu-İNK-nın çağırışı – Video

Noyabr 19, 2020 16:090240

İctimai Nəzarət Koalisiyası növbəti dəfə vicdansız icra məmurlarını ifşa etmişdir.
“Prezidentə xidmət edin, 5-ci kolona yox, ölkəni talayan azərbaycanlı məmurlara yox…”
İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Rasim Məmmədov Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsinin icra nümayəndəliyinin sədr müavininin ölkəmizə şərəf və qürur gətirən bir gənc idmançının kasıb ailəsinə qarşı törətdiyi qanunsuzluğa qarşı kəskin çıxışı sosial şəbəkələrdə geniş yayılmışdır.
Bu kimi vicdansızlığın erməni qoçuluğundan fərqli olmadığını bildirən Rasim Məmmədov gözə görünməz düşmənlə hər bir vətəndaşımızın səfərbər olduğu, erməni daşnaklarının ölkəmizdən təmizlənməsi ərəfəsində öz ətrafımızdakı insanlara bu münasibətin vicdansızlığın son həddi olduğunu söyləmişdir. Bu tikintinin qanuns uz olaraq sökülməsi ilə bağlı müvafiq rəsmi orqanlara lazımi məlumatlar göndəriləcəkdir.

“İctimaixeber.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir