MƏMUR JURNALİSTİN NƏ VAXT DOSTU OLA BİLƏR…

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

…Bunun üçün gərəkdir ki, məmur daşıdığı vəzifəni layiqincə yerinə yetirə bilsin,əxlaqı təmiz, amalı pak olsun, xalq qarşısında Prezidentə verdiyi sözə əməl etsin, bir sözlə, yerində olan şəxs olsun.Bu keyfiyyətlərə malik olmayan məmurların gözünə biz hamımız əcaib formada görünürük; yaxşımız da, yamanımız da.Reketlik edən jurnalistləri hamıdan çox mən tənqid etmişəm və edəcəyəm də.Ancaq gəlin, görək reket məmurlar hansı əxlaq sahibləridir, neçə sifət daşıyıcılarıdır onlar. İnanın, bütün məsuliyyətimlə deyirəm: reket məmurlar aradan götürülərsə reket jurnalistlər də onlarla bərabər yoxa çıxacaqlar. Rusların gözəl bir misalı var: ” Рыбак рыбака издалека чует”.Yəni, birincilər ikincilərin yaranmasına münbit şərait yaradır. Çox təəssüflər olsun ki, belə stereotiplərə qarşı mübarizə birincilərdən başlanmalı olduğu halda, əksinə, olaraq ikincilərdən-jurnalist adını ləkələyənlərdən başlayır.İkinci əsas məsələ isə ondan ibarətdir ki, əslində reket adlandırdığımız bu kimi stereotiplər əslində heç jurnalist də deyillər. Onlar,maliyyə proseslərini mükəmməl bilən, iqtisadiyyatla bağlı olan sahələrdə ixtisaslaşmış iqtisadçı kadrlardan ibarət olan və müxtəlif şəbəkələrdə öz himayədarlarının kölgəsi altında quldurluqla məşğul olan qrup şəxslərdir. Onlar kimi hədəf seçdiklərini çox yaxşı bilirlər və öz ovlarından istədikləri məbləği almayana qədər yerlərində sakit oturmurlar.Kimləri onlar hədəf seçirlər?- Təbii olaraq korrupsioner və rüşvətxor məmurları.İnanın ki hansı məmurun hansı sahədə hansı cinayət əməlləri olduğunu hüquq -mühafizə orqanlarından öncə onlar öz ovçu mütəxəssislərinin səyi ilə təyin edirlər və tələb etdikləri məbləği həmin məmurdan qopara bilməsələr əllərində olan tükürpədici faktları ötürürlər aidiyyatı orqanlarına..Belələrinə jurnalist adı vermək ədalətsizlik deyilmi?! Ən bahalı maşınları, topdağıtmaz evləri, villaları olan bu kimi şəbəkə təmsilçiləri mənim kimi qarnına yox, əqidəsinə xidmət edən saf amal daşıyıcılarını zamanla ayaqlaşmağı bacarmayan aciz zümrü adlandırırlar. Onlar öz məntiqsizliklərində çox yanılırlar; mən və mənim kimi şərəfini, təmiz adını qoruyanlar başın çiynin üstündə olduğunu dərindən dərk edənlərik. Biz başımızla idarə olunuruq, qarnımızla yox.Qarın həmişə başa bəla olur.

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir