“Liverpool” İngiltərə Premyer Liqasının açılış turunda “Norviç”i darmadağın edib

Avqustun 9-da İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib.

“Report” xəbər verir ki, “Liverpul” öz meydanında “Norviç” komandasını qəbul edib.

“Anfild” stadionunda baş tutan oyun ev sahiblərinin 4-1 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul” klubunun heyətində Qrant Hanley (avtoqol – 7), Məhəmməd Salah (19), Virjil van Deyk (28) və Divok Oriqi (42) fərqləniblər. Qonağların heyətində təsəlli qoluna 64-cü dəqiqədə Tim Pukki imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir