LATIN DİLİ TİBB UNİVERSİTETİNDƏ LAZIM DEYİL?

Bəlkə də başqa universitetlərdən birinin adı belə bir məsələ ilə bağlı hallansaydı təəccüblənməzdim, ancaq heç cür dərk etmək mümkün deyildir ki tibb universitetinin məzunu olacaq gələcək həkim bu dili, bu əlifbanı bilməsin.Onsuz da acınacaqlı bir haldır ki Azərbaycanda bu sahənin mahir bilicisi olan vur-tut bircə nəfər var.O şəxs filologiya üzrə fəlsəfə doktoru Müqəddin Əbdüləliyevdir. Ulu Öndər Heydər Əliyevin göndərişi və xeyir-duası ilə Moskva Dövlət Universitetinə göndərilən alim həmin universitetdə klassik filologiya ixtisasına(latın,qədim və müasir yunan dilləri və antik ədəbiyyat müəllimi) yiyələnərək az bir müddət ərzində Rusiyanın paytaxtında çalışandan sonra vətəni Bakıya dönüb.Çünki o, bilirdi ki Azərbaycanda bu ixtisası mükəmməl bilən ikinci bir müəllim yoxdur. Müqəddin müəllim əvvəlcə Heydər Əliyev Fondunda tərcüməçi işləmiş,Azərbaycanda ilk dəfə BSU da Yunan dili və Mədəniyyəti Mərkəzi yaratmış ,Azərbaycan-Yunan dostluq cəmiyyətinin sədri,hind-avropa dilçiliyi ilə məşğul olmuş,” Kazandzakis və onun dostları”Beynəlxalq təşkilatın əvvələr idarə heyyətinin üzvü olmuşdur.Alimin sonrakı taleyi isə Azərbaycan Tibb Universiteti ilə bağlı olub.,.O, 30 il Azərbaycan Tibb Universitetinin Latın dili kafedrasında müəllim işləyib və həmin universitetdə çalışdığı müddətdə namizədlik dissertasiyasını da müdafiə edib. Və birdən yuxuda nə görübsə ali təhsil ocağının indiki rəhbəri ixtisas fənni kimi latın dilini tədris edən kafedranı bağlayıb (09.07.18-dən), nəticədə isə gözəl alim, Azərbaycanda bu sahə üzrə yeganə mütəxəssis 59 yaşında işsiz qalıb. Ən acınacaqlısı odur ki alimin söylədiyinə görə kafedra bağlanandan sonar bu sahənin bütün qeyri-peşəkar müəllimləri işlə təmin olunublar, o isə hətta universitet həmkarlar ittifaqının dərkənarı ilə işdən kənarlaşdırılıb. Necə deyərlər daha köklü bir sənədlə taleyinə balta çalınıb.Sual olunur: Ümdə vəzifəsi işçilərin hüquqlarını müdafiə etməli olan bu qurumun rəhbərinin rektorun icra katibi rolunu oynamasına səbəb nədir? Axı, bu qurumun hüquq və vəzifələri bam-başqadır.Haqqı nahaqqa asanlıqla qurban verməyə hazır olan bu məsuliyyətli sahəyə qəlbi Allaha məhəbbətlə döyünən birisini təyin etmək mümkün olmazdımı?! Bu işdə uduzan təkcə Müqəddin müəllim deyil,bu işdə ən çox uduzan elə Universitetin özüdür və universitetin tələbələri.Görəsən gələcək həkimlərimiz reseptləri hansı dildə və hansı əlifba ilə yazacaqlar.?! İlk baxışda gülməli görünən bu məsələdə əslində iki amil, iki əsas faktor unudulub –insan faktoru və elm faktoru.İnsanların taleyinə yonələn sayğısızlıq elmimizin başında çatlayanda faciələr daha da dərinləşir.Azərbaycanda latın dilinin tədrisini həyata keçirmək naminə Heydər Əliyevin xeyir-duası ilə Moskva Dövlət Universitetini bitirən bir müəllimin-gözəl bir alimin, Azərbaycanda yeganə latın dili mütəxəssisinin universitet Həımkarlar İttifaqının qərarı ilə işdən çıxarılması təhsil ocağına hansı şərəfi qazandıra bilər?!

Maraqlananlar rəhbərlik etdiyim “KOBRAMEDİA.AZ” saytında gözəl alim Müqəddin Əbdüləliyevin .Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,,1-ci vitse -Prezident xanım Mehriban Əliyevaya və başqa məsul vəzifəli şəxslərə ünvanladığı müraciətlərlə də ətraflı nanış ola bilərlər.

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir