İrəvanın məqsədi erməniləri qorxutmaqdır– Azay Quliyev

Azərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə Ermənistan Baş prokururluğu tərəfindən İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı cinayət işinin açılması faktı Xankəndində və ətraf ərazilərdə Azərbaycanın vətəndaşlığını qəbul edib qanuni əsaslarla yaşamaq istəyən erməniləri qorxutmaq məqsədi daşıyır.

“Kobramedia.az”ın yazdığına görə Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib.

Onun sözlərinə görə, rəsmi İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın vətəndaşlığını qəbul edən erməniləri Ermənistanda cinayət təqibi gözləyir:

“Bu fakt Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinin siyasi riyakarlığının növbəti sübutudur”.

Qeyd edək ki, son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Həmin müraciətdən sonra hər iki şəxs barəsində Ermənistanda cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir