İnsanlara donuz ürəyi köçürüləcək… – Rəzalət, yoxsa elmi uğur?- “The New York Times”

Görəsən, ürəyi donuz ürəyi ilə əvəzlənmiş adamlar yenə də bu heyvanın ətini yeyəcəklərmi?..


Harvard universitetinin tədqiqatçıları, insanlarda xəstəlik törədə biləcək viruslardan təmizlənərək  redaktə olunmuş genomlu donuz balaları klonlaşdırmağa başlayıblar.
Moderator.az  israil mediasına istinadla  yazır ki, “The New York Times” qəzetində dərc olunmuş tədqiqatın nəticələrinə görə, artıq bir neçə ilə bu cür geni dəyişdirlmiş donuzların ürək, qaraciyər və digər orqanlarının insan orqanizminə köçürülməsi mümkün olacaq.
Cina Kolata adlı jurnalist yazır ki, tədqiqatlara Harvard universitetinin genetik alimi Corc Çörç rəhbərlik edir. Tədqiqatçının sözlərinə görə, artıq iki ildən sonra ehtiyacı olan xəstələrə donuzların ürəyi, ciyəri və s. orqanları köçürülə biləcək.
Məqalədə donuz orqanlarının transplantasiyası məsələsi üzərində hələ 1990-cı illərin əvvəllərindən araşdırmalar aparıldığı bildirilir. Donuz orqanlarının insan orqanlarına oxşarlığı və istənilən ölçüdə olması onların insan bədəninə nəqlini nəzəri baxımdan mümkün edir. Lakin bu heyvanın orqanizmində çoxlu sayda virusların varlığı və onların insanlara yoluxması ehtimalı alimlərin işini müşkülə salır.
1998-ci ildə Massaçusets xəstəxanasında sözügedən tədqiqatlara rəhbərlik edən Cey Fişman donuz DNT-də meymunlarda leykemiya(qanazlığı) xəstəliyi yaradan viruslar  aşkar etdikdən sonra  “dayan” komandası verib…
Harvard universitetinin alimi doktor Corc Çörç isə gen mühəndisliyi sayəsində tezliklə donuz orqanlarının transplantasiyasını həyata keçirə biləcəyinə inanır
  kobramedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir