İLHAM ƏLİYEV HAQQINDA DAHA ÇOX YAZMALIYIQ

İlham Əliyev haqqında yazmaq Azərbaycan gerçəkliyini tarixin yaddaşına köçürmək deməkdir,İlham Əliyev Haqqında yazmaq haqqın nahaqq üzərində qələbəsini, əbədi təntənəsini alqışlamaq deməkdir, İlham Əliyev haqqında yazmaq Türk dünyasının parlaq simvolu Heydər Əliyevin Azərbaycançılıq ideologiyasınnın-Türkçülük ideologiyasının mübarizlik simvoluna çevrilən Liderimiz tərəfindən əzmlə davam etdirilməsini təbliğ etmək deməkdir.İlham Əliyev haqqında yazarkın epitetlərdən və metaforlardan istifadə etməyə zərrəcə lüzum yoxdur,Onun Vətənimizin hər guşəsində gördüyü quruculuq işlərini ustalıqla qələmə almaq kifayət edər.Hər ürəkdə özünə abidə quran rəhbərimizin haqqında yazılan sanballı yazılar dünyanın bütün dillərinə çevrilməli, Planet boyu yayımlanmalıdır. Məmləkətimizi dünyaya gərgin əməyi sayəsində tanıtdıran, kiçik bir ölkəni böyük dövlətlərin gözləri önündə muzeyə çevirən Liderimizi məhz biz yazarlar uğurlarımıza sevinənlərə də, lap sevinməyənlərə də bir daha tanıtdırmalıyıq,onun idarəetmə prinsiplərini hamıya məktəb kimi təqdim etməliyik. İlham Əliyev haqqında çox yazılmalıdır, lap çox.Biz onu təbliğ etməklə milli birliyimizi, sarsılmazlığımızı, haqq-ədalət uğrunda mübarizliyimizi -türkçülüyümüzü dünyaya təqdim etmiş oluruq. Bu yolda hamımıza uğurlar diləyirəm.

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir