HƏR KƏS CƏZASINI ALIR, BİR KƏS BUNDAN İLHAM ALIR.
( növellasayağı)
-Üzməyi bacarmayan bir kəs dənizə tullansa onu nə gözləyər?
– Boğulmaq..
-Maşın sürməyi bacarmayan bir naşı sükan arxasına keçərsə nə qaçılmazdır?
– Qəza
-Savadsızın, simasızın, acgözün biri internet televiziyası. qəzet, yaxud sayt açarsa ondan nə gözləmək olar?
– Dilənçilik… yəni mənəviyyatsızlıq.
Birinci boğulub ölür, ikinci qəza törətdiyinə görə cəzalandırılır,üçüncü isə kefində-damağında olur, yəni dilənməkdə davam edir.Bizsə arsız-arsız bu bədbəxt dilənçini reket adlandırırıq, əsil reketisə guya şərəfi alçaldılan məmur.