“Hər bir təxribat bundan sonra ciddi şəkildə cəzalandırılacaq” – PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“Ermənilərin 12-13 sentyabr təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı”. “Kobramedia.az”ın yazdığına görə bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, onlar bir daha başa düşdü ki, artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil: “Hər bir təxribat bundan sonra ciddi şəkildə cəzalandırılacaq. Ermənilər bunu başa düşməli və sülh sazişinin imzalanması prosesini ləngitməkdən əl çəkməlidirlər. İlin sonuna kimi Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında sülh sazişi hazırlanmalı və imzalanmalıdır. Bundan əlavə olaraq həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində proses sürətləndirilməli və delimitasiya işləri sürətləndirilməlidir. Hesab edirəm ki, bundan sonra təxribatlar azalacaq. Ermənistan tərəfi Azərbaycan ilə normal qonşuluq münasibətləri qurmağa başlayacaq”.

Arzu Qurbanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir