General-mayor Cənab Polad Həşimova AÇIQ MƏKTUB

Akif Cabbarlı

Salam, əziz həmyerlim, Qəbələmizin qələbə simvolu, polad kimi möhkəm, qəlbi ipək kimi yumşaq Vətən əsgəri!

Əbədiyyətə yollandın – Şərəf və vicdan yolçusu kimi, üçrəngli bayrağımıza sarınaraq yüzlərin, yüzminlərin təəssüf və acı göz yaşlarının bürüncəyində. Abid Tahirli, Ağalar İbrahimov, Dağlar Səfərov və digər dostlarınla Vida görüşünə gələ bilmədik – mövcud şərait buna imkan vermədi. Buna görə bizi bağışla! Axı sən böyük ürək sahibisən, güzəştə getməyi həmişə bacarmısan.
Bircə şeyi bağışlamırdın – Vətən torpağına erməni təcavüzünü həzm edə bilmirdin. Qisas eşqiylə alışıb-yanırdın. Bu yanğı ilə də od-alov içində Simurq quşuna döndün.

Hörmətli Cənab General!

Görüşəcəyik, xəyalınla, duyğularınla qucaqlaşacağıq. Bakıda məzarın önündə, Qəbələdə, Vəndamda adınla tanınan və tanınacaq ünvanlarda səninlə həmsöhbət olacağıq. Sənə xoş müjdələr çatdıracağıq. Ali Baş Komandanımızın əmri ilə qazanılan zəfərlərdən sənə soraq gətirəcəyəyik!

Rahat yat, qəbrin nurla dolsun! Nur içində nur kimi həmişə şəfəq saç, əziz qardaşımız, cəsur generalımız!  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir