Ermənini anladıq… bəs ruslar niyə imkan verir ki… LAÇINI YANDIRSINLAR…

Ermənini anladıq... bəs ruslar niyə imkan verir ki...

t
Erməni vandallığını sübut edən yeni görüntülər yayılıb.

Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evi yandırmasının görüntüləri yayılıb. O, öz əməlini kəndin Azərbaycanın nəzarətinə qayıtması ilə əsaslandırıb və evin türklərə qalmaması üçün belə etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Çünki onlar 44 günlük Vətən müharibəsində ərzində onlar işğaldan azad olunan ərazilərdə çox sayda əmlaka ziyan vurub.

Bəs ermənilərin Laçını viran qoymasına Rusiya sülhməramlıları niyə göz yumur? Dia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, erməni xisləti bu toplumu millət, xalq və dövlət halına sala bilmədi:

“Bu toplum yalançı tarixlərinin, terroru dəstəkləyən din adamlarının və gələcəklərini düşünməyən siyasilərin əlində girov halında yaşayır. Onlar burunlarından uzağı görə bilməmələri ucbatından bu gün tarix və dünya qarşısında gülünc və yazıq bir görkəm alıblar.

Son 44 günlük Vətən müharibəsindən sonra onların bu bərbad halda yaşamaları və köməksiz şəkildə ora-bura vurnuxmaları həm daxili, həm də xarici siyasətdə iflas Ermənistan adlı yalançı bir dövlətinin artıq süqutunu göstərir. Azərbaycanın irəli sürdüyü şərtlər və yaratdığı geosiyasi reallıq sülhə hesablansa da, Ermənistan bu və ya digər formada inkişafdan yayınmaq yolunu tutub. Azərbaycan isə əksinə olaraq hər gün yeni qələbələr qazanır, hər gün inkişaf edir. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində tikinti, bərpa və quruculuq işlərini daha sürətlə aparır.

Ölkə Prezidentinin söylədiyi kimi Qarabağ ərazisində yaşayan ermənilər də Azərbaycanın tərkibində suveren ölkənin vətəndaşı kimi yaşamaq istəyirlər. Artıq bunun siqnalları da çoxdur”.

Millət vəkili xatırladıb ki, Laçın rayonun kəndlərini tərk edəcək ermənilər 2020-ci ildə törətdikləri vəhşilikləri və qəbilə xislətini bu dəfə təkrar etməyəcəklərinə söz vermişdilər:

“Qarabağda yaşayan və əhali arasında nüfuzu olan ermənilər söz vermişdilər ki, bu dəfə dağıdıcılıqla məşğul olmayacaqlar. Təəssüf ki, Zabux kəndində erməninin evini yandırması videosu yayılıb. Hətta bunu özləri çəkərək “Telegram” kanallarında paylaşıblar. Bu isə ermənilərin vəhşiliyini yenidən ortaya qoyur.

Təbii ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları bu məsələ ilə məşğul olmalıdırlar. Bununla bağlı onların da üzərinə məsuliyyət düşür. Hazırda Laçını tərketmə prosesində ora köçürülmüş ermənilər heç bir dağıcılıqlar törətmədən, normal surətdə daşınmalar həyata keçirməlidirlər. Bunların hər biri Rusiya sülhməramlılarının nəzarəti ilə icra olunmalıdır.

Hazırda evini yandıran erməni ilə bağlı sülhməramlılar tərəfindən hansı tədbir görülməsindən məlumatsızıq. Amma bu fakt ermənilərin verdiyi sözləri tutmadığını və növbəti dəfə yalan danışdıqlarına dair bariz nümunədir. Arzulayırıq ki, həmin evi yandıran dığa ilə bağlı tədbir görüləcək və bənzər hallar bir də təkrarlanmayacaq. Azərbaycan ərazilərində müvəqqəti yaşayan ermənilər kəndlərimizdən dağıdıcılıqla məşğul olmadan çıxacaqlar. Burada Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Gözləyirik ki, onlar bu məsuliyyəti dərinliyini anlayacaq və öz üzərlərinə düşən vəzifəni doğru-düzgün yerinə yetirəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir