Erməni hərbçilər müharibədə öz təyyarələrini vurub – Rusiyalı analitik

Rusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə barədə analitik məlumat hazırlayıb.

“Kobramedia.az”ın yazdığına görə Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Qafqazda Fırtına” adlanan analitik material mərkəzin direktoru Ruslan Puxovun redaktəsi altında çap olunub.

Təhlildə diqqət çəkən məqamlardan biri Qarabağ müharibəsi zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopterin bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

Müəllif bildirib ki, müharibə vaxtı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub. Belə ki, Ermənstanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri erməni hərbçiləri tərəfindən vurulub.

“Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Puxov təqdim edilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir