DOĞUM GÜNÜN MÜBARƏK!

Bir 1 nəfər şəkili ola bilər

Jurnalist peşəsinə daim hörmət qazandırmağa çalışan,keçdiyi uzun həyat və yaradıcılıq yolunda pak və təmiz ürəyinin şəfqəti ilə ürəkləri ovsunlayan, sözə və onun sanbalına həmişə yüksək dəyər verən, çalışdığı yaradıcılıq sahələrində öz dəst-xətti ilə diqqəti cəlb edən qələm dostumuz Akif Cabbarov bu gün zahirən gənc görünməklə bərabər ömrünün ixtiyar çağında da, göz dəyməsin,həmyaşıdlarından olduqca fəal və enerjilidir. Bu tale qisməti heç şübhəsiz biz ürək dostlarını da hədsiz sevindirir. Şəxsiyyətə və sənətə yüksək dəyər verən, söz meydanında söz sahibi kimi bərq vuran, hər yazısında öz sanbalını təsdiqləyən əziz qardaşımızı DOĞUM GÜNÜ münasibətilə ürəkdən təbrik edirəm və ona ULU TANRIDAN cansağlığı, uzun ömür arzulayıram.

Yaşamaq yanmaqsa, yanan sən oldun,

Ürəyin yansa da, üzdə şən oldun,

Dosta həmdəm oldun,şərdən gen oldun,

Beləcə vur yüzü başa, qartdaşım!..

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir