ÇOXDUR TÜRKÜN ÜSTÜNƏ SAĞDAN, SOLDAN HÜRƏNLƏR…

 

Tükəmməz qüdrətimi Tanrı bəyan eylədi,

Bəli,Türk əqidəsi, Türk hikkəsi belədi!
Dilimiz, dinimiz bir, hədəfimiz bir olub,
Ən çətin məqamlarda Türk Türklə əlbir olub.

Çoxdur birliyimizi gözü götürməyənlər,
Çoxdur Türkün üstünə sağdan, soldan hürənlər.
Türk yaltaq ola bilməz, Türk qorxaq ola bilməz!
Türk Türkün dar günündə seyrçi qala bilməz!

Atatürkün məzarı atəşə dönər onda,
Heydərin ümidləri puç olar, sönər onda.
Düşmənə qan udduran Nuru Paşa qan ağlar,
Tək Türkiyə ağlamaz, Azərbaycan ağlar.

Devizə çevrilibdir sözü liderimizin,
Bunu sübut eylədi özü liderimizin.
Tarixi nişanədir “Bir millət, iki dövlət”,
Biz bir qazan içində – qaynayan iki nemət

Nə Şimaldan, nə Qərbdən qorxumuz-hürkümüz var,
Əyilməz iradəmiz, meydangir Türkümüz var.
Yolumuz haqqa doğru, Tanrı qorusun bizi,
Biz Türkük,basılmariq sevsək bir-birimizi.

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir