Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır.

#TEKNOFEST AZƏRBAYCAN

Tədbir 4 gün davam edəcək.

“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə – Azərbaycanda təşkil olunur.

“TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bununla əlaqədar qurumda Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanıb, icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.

Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir