“Borussiya” Sançonu Fati ilə əvəzləmək istəyir

Dortmund “Borussiya”sı Ceudon Sanço komandanı tərk edəcəyi halda onu əvəzləyəcək futbolçu tapıb. Almaniya mediasında bu oyunçunun Ansu Fati olduğu iddia edilir. Amma “Barselona” istedadlı futbolçunun Dortmund klubuna transferinə razı olmayacağı, ən yaxşı halda icarıtyə göndərə biləcəyi vurğulanır.
Yeri gəlmişkən, “Milan”ın futbolçusu Lukas Paketa “Fiorentina”nın maraq dairəsindədir. 23 yaşlı yarımmüdafiəçinin tezliklə Florensiyaya köçmək ehtimalı müzakirə edilir. Qeyd edək ki, “Fiorentina” klubu həmçinin “Udineze”den Rodriqo de Paul və “Atalanta”dan Ruslan Malinovski ilə də yaxından maraqlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir