BİR ROMANLA ƏDƏBİ MÜHİTDƏ PARLAYAN YAZIÇI

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Məndən olsaydı qrammatikanın qanunlarını pozub məqaləyə seçdiyim başlığın sonunda bir neçə nida işarəsi də qoyardım. Düz qırx ildir ki, müxtəlif dillərdə yazılan bədii əsərləri, müxtəlif ədəbi nümunələri oxuyub təhlil edirəm.Xoşuma gələnlər də olur, gəlməyənlər də, ruhuma qida verənlər də olur, müəlliflərin bədii təxəyyülləri ilə razılaşmadığım məqamlar da. Bu bir həqiqətdir ki, hələ sovetlər dönəmində dünya ədəbiyyatından bəhrələnməyə həvəs göstərməyimizin biz nəsil və bizdən sonrakı yazar nəsllərin Azərbaycan ədəbi mühitində förmalaşmağımızda mühüm əhəmiyyəti olub.Dünya klassiklərinin qələmə aldıqları roman və povestlərdə, lap elə Ki De Mapassanın kiçik həcmli , ancaq dolğun məna çalarları ilə zəngin olan fəlsəfi düşüncə məhsulları ilə yaxından tanış olduqca biz sözümüzün özümüz qədər əsarətdə olduğunun, yetmiş il vahid ideologiyanın qeyri-ixtiyari köləsinə çevrildiyimizin ağrılarını yaşamaya bilmirik. Nə yaxşı ki bu cür qadağalar fövqündə Azərbaycan ədəbiyyatının ağır yükünü ürəyində daşıyan klassiklərimiz də bütün maneələri bədii təxəyyüllərinin imkanlarından ustalıqla bəhrələnməklə yararaq sətiraltı ifadələrlə də olsa öz qəhrəmanlarının dili ilə xalqımızın mübarizlik ruhunu, köləliklə sona qədər barışmayacağımız kimi fikirləri oxuculara ötürə bilirdi. Nə yaxşı ki, Heydər Əliyev kimi tarixi şəxsiyyəti ULU TANRI Azərbaycan xalqına qismət elədi. Ağır repressiya dövründən fərqli olaraq Heydər Əliyev mübariz ruhlu vətənpərvər yazıçı-şairləırimizi Moskvanın təqibindən qoruya bildi və bir yazıçımız, bir şairimiz də Mikayıl Müşfiqin, Hüseyin Cavidin acı talelərini yaşamadı. Azərbaycan ədəbi məktəbinin layiqli nümayəndələri bu gün də var və onların oxucu qəlbinə hakim kəsilən əsərləri ilə biz mütəmadi olaraq qəzet və jurnallar, ayrı-ayrı toplumlar və kitablar vasitəsilə yaxından tanış oluruq.Bu gün yeni ruhda yazarlar qrupunun-şair və yazıçılarımızın əsərlərindəki məna və məzmun çalarları bu fikirləri söləməyə rəvac verir. Ədəbi tənqidsə bu cür əsərləri zərgər dəqiqliyi ilə təhlil edib tarixin silinməz yaddaşına həkk edir. Belə əsərlərdən biri ilə bu günlərdə tanış oldum.Müəllif söz meydanında öz dəst-xətti ilə seçilən, fikir azadlığı uğrunda mübarizədə öndə olanlardan biri sayılan ƏFLATUN AMAŞOVDUR. Şübhəsiz bu qələm dostumuz jurnalist cameəsində hamı nın hörmət və ehtiramını qazanan, heç vaxt haqqı nahaqqa qurban verməyən bir şəxsiyyətdir. Bu kimi müsbət keyfiyyətlərinə rəğmən sağlam ruhlu qələm sahiblərinin yekdil rəyi ilə o,Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsinə də seçilib.Həmişə, hər an, ən çətin məqamlarımızda “baş idarə”mizin rəhbəri olaraq o, bizi tək qoymayıb, layiqli qələm sahiblərini əməklərinin dövlət tərəfindən rəğbətləndirilməsinə də həmişə nail olub və hazırda da öz mütərəqqi missiyasını davam etdirməkdədir. Bu fikirləri ona görə söylədim ki. sonra söyləyəcəklərimə bir körpü yarada bilim.Məsələ burasındadır ki, Əflatun Amaşovu sanballı söz sahibi-publisist kimi hamımız yaxşı tanıyırıq, ancaq bu dəfə o, oxucu ilə görüşə publisist qeydləri , syasi məqalələri ilə deyil Azərbaycan əbəbiyyatında sensasiya yarada biləcək bir romanla gəlib. Mən bu romanı təhlil etmək fikrində ona görə deyiləm ki, əslində dərin fəlsəfi məna yükü ilə yüklənən bu əsər bir çox nasirlərimizdən fərqli olaraq nəinki hamının başa düşdüyü dildə, eləcə də hamının dərk edə bildiyi üslubda yazılıb.Roman insanların bir-birinə, gündəlik həyatımıza rəng qatan təbiətin zəngin nemətlərinə, bütün canlılara,onlara qarşı laqeyd münasibətlərimizə ayrı-ayrı səhnələrdə xüsusi yer ayrılır və bütün bunları elə ustalıqla qələmə alınır ki.müəllifin həssas qəlbinə vurğun olmaya , ürək döyüntülərini eşitməyə bilmirsən.Əsərdə qələmə alınan səhnələrdə hadisələr o qədər canlı, real,o qədər inandırıcı təqdim olunur ki, oxucu qeyri-ixtiyari həmin hadisələrin müəlliflə bərabər şahidinə çevrilir. Yeri gəlmişkən qeyd etməliyəm ki. bu gün efirlərimizdə təqdim olunan bəsit serialların əvəzinə bu cür fundamental bir əsəri çoxseriyalı film kimi oxuculara təqdim oluna bilər və bunun ictimai əhəmiyyəti də az olmaz. ”QANIQ, HASAN,BİR DƏ QARAGÖZ” adlanan bu roman düşünürəm ki, geniş tirajla dərc olunmalı, hamımızın stolüstü kitabı kimi yazı masamızın yaraşığına çevrilməlidir. Ən əsası bu kitab yuxarı sinif şagirdləri üçün əlavə dərs vəsaiti kimi məktəblərdə tədris olunmalıdır. Tərbiyəvi xarakter daşıyan bu romanda yetişməkdə olan nəsl üçün kifayət qədər ibrətamiz məqamlar mövcuddur və bunu diqqətdən yayındırmaq olmaz. Bu cür dərin fəlsəfi məna yükünə malik olmaqla bərabər sadə xalq dilində ustalıqla qələmə alınan bu kitab haqqında fikirlərimi ingilis filosofu S.Smaylsın və dahi şairimiz Səməd Vurğunun kitab haqqında söylədikləri dahiyanı fikirlərlə bitirərək müəllifə növbəti kitabları ilə də bizi təsirləndirməyi,təəccübləndirməyi arzulayıram S.Smayls deyib: “Kitab ölməzlik qüdrətinə malikdir. O, insan təfəkkürünün ən uzunömürlü məhsuludur.

S, Vurğunsa söyləyib:

Hər sözü bir ulduz, bir şəffaf almaz,

Mənalar dünyası qaranlıq deyil.

Bu böyük kitablar yaranır az-az,

Çünki ömürlükdür, bir anlıq deyi.

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir