BƏXTİYAR SADIQOV SANBALLI BAŞ REDAKTORDUR

Millətlər arasında müqayisə aparılsa sübut olunar ki,ən kinli-küdurətli millət bizik, özü də kənar millətlərə qarşı deyil, məhz özümüzə, öz qonşumuza, dost- tanışımıza, nə bilim ancaq bir-birimizə qarşı.Dəfələrlə belə halların şahidi olmuşuq. Fikir verin: iki küsülü adamı barışdırırsan, onların hər ikisi görüntü naminə bu barışığı qəbull edir, ancaq aralarındaki problem sağalmaz yara kimi hər ikisini rahat buraxmır və tərəflər yenə də bir-birini vurmağa münbit məqam axtarırlar.Biz azərbaycanlıları başqa millətlərdən fərqləndirən keyfiyyətlərdən biri də təəssüflər olsun ki,bax, budur.

Təsəvvür edin: tanınmış jurnalist, siyasi publisistikası ilə oxucuları daim məmnun edən bir baş redaktorın ünvanına iradla dolu olan bir statusla bu müddət öncə Fasebook səhifəsində rastlaşıram. Statusun müəllifi Naftalan Səhər İcra Hakimiyyətinin keçmiş başçısı, keçmiş Millət vəkili hörmətli Musa Musayevdir. İcra başçısı işlədiyi dövrdə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun nə vaxtsa Musa müəllimə qəzetin abunəsi ilə bağlı ünvanladığı bir məktubu ilər sonra məhz bu gün (?) gündəmə gətirib oxucu gözündə dividenti qazanmaq lazım idimi?! Şübhəsiz bu məqamda məqsəd aydın deyil.Statusda qeyd olunur ki, Bəxtiyar Sadıqov həmin rayonda abunəni artırmaq məqsədilə icra başçısına ünvanladığı məktubda qeyd edib ki, “Azərbaycan” yeganə rəsmi dövlət qəzetidir və buna görə də onun abunəsini genişləndirmək lazımdır. Söylənilən bu fikri baş redaktora nöqsan kimi yönləndirən Musa müəllim hətta oxuculara da müraciət edir ki, biz söyləyək: doğrudanmı “Azərbaycan” yeganə rəsmi dövlət qəzetidir, yoxsa yox?

Sual olunur:- Milli Məclisin rəsmi orqanı olan bu qəzetin statusu onun hansı təşkilatın orqanı olduğunu və rəsmi qəzet olduğunu müəyyənləşdirmirmi?! Baş redaktor öz arzusu və istəyi ilə bu statusu ona necə və hansı əsasla verə bilərdi?! Təbii olaraq illərdir Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin uzun olan jurnalist həmkarım Bəxtiyar Sadıqov mətbuatın idarəolunma prinsiplərini də çoxlarından yaxşı bilir. Həyat və fəaliyyətimizin bütün sahələrini qəbul etdiyi qanunlarla tənzimləyən Ali Dövlət Qurumunun mətbu nəşri necə qeyri-rəsmi sayıla bilər?! Bu mənada baş redaktor Bəxtiyar Sadıqov heç bir səhvə yol verməyib və onun təkcə Naftalan Şəhər İcra Hakimiyyətinə deyil,pespublikanın bütün rayon təşkilatlarına rəhbərlik etdiyi mətbu orqanın fəaliyyətini genişləndirmək, qəzetin maliyyə vəziyyətini tənzimləmək naminə müraciət etməyə haqqı var və bu onun rəhbərlik etdiyi təşkilatın təəssübü naminə atılan vacib addım kimi də təqdirəlayiqdir. Bilmirəm, bəlkə də müəllif Prezident Administrasiyasının İşlər İdərəsinin orqanı olan “Xalq”, “Respublika” və ” Bakinskiy Raboçiy” kimi qəzetləri də bu qəbildən olan rəsmi orqanlar sayır. Müəllifin fikrini qəribçiliyə salmaq sikrindən uzaq olduğum üçün qeyd etmək istəyirəm ki,adlarınə çəkdiyim bu mətbu orqanlar da şübhəsiz dövlətçilk prinsiplərinin təbliğatı ilə məşqul olan dövlət qəzetləridir, ancaq onların heç biri Rəsmi Dövlət Qəzeti statusuna malik deyillər.Yəni, Bəxtiyar Sadıqovun abunəni artırmaq məqsədilə dövlət qurumlarına ünvanladığı məktublarda qırmızı xətlə keçən bu bir cümlə əslində abunəçilər tərəflərin qınağa, yaxud da tənqidə tuş gəlməməlidir.Bəxtiyar Sadıqov öz peşəsinə hörmət qazandıran, öz dəst-xətti ilə söz meydanında kifayət qədər seçilən sanballı jurnalist və sanballı baş redaktordur. Müəllifin iradlarına da dərin hörmət və ehtiramla yanaşmaq şərti ilə peşəkar jurnalist olaraq tam səmimiyyətlə deyitrəm: Bəxtiyar Sadığovun baş redaktorluq süzgəcindən hər nömrəsi zərgər dəqiqliyi ilə süzülən “Azərbaycan” heç vaxt oxuculara zəif formatda, zəif kontekstdə təqdim olunmayıb.Ən sevdiyim qəzet kimi mən özüm də bu qəzetin bir vaxtlar ən fəal oxucusu və müəlliflərindən biri olmuşam. Qəzetə və onun rəhbərliyinə yönəli olan bu iradı isə sadəcə bir anlaşılmazlıq kimi qəbul edirəm.Hər iki şəxsə dərin hörmət və ehtiramla;

VALEH MİRZƏ,

şair, publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir