AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ,SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANIİLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ, AZƏRBAYCAN RESPUBLİKASININ 1-Cİ VİTSE PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ XANIM MEHRİBAN ARİF QIZI ƏLİYEVAYA

Şəkildə bunlar ola bilər: 2 nəfər, Milli Dəyərlər Üzrə Maarifləndirmə daxil olmaqla, oturan insanlar, cədvəl və içəridə

Möhtərəm cənab Prezident! Hörmətli Mehriban xanım!Sizi, Azərbaycan xalqının fədakar oğlunu və mərd qızını milli varlığımızın təvəllüd günü-28 may-Respublika Günü münasibətilə ürəkdən təbrik edir, hər ikinizə Odlar Yurdumuz Azərbaycanın çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük əzmkarlıq, mətinlik və mübarizlik ruhu arzulayıram! Bu xöşgünlər,əminəmanlıq,bu əsrarəngiz gözəlik xalqımıza gərgin əməyiniz, fədakarlığınız nəticəsində nəsib olub.Azərbaycanın daxili siyasətdə qazandığı uğurlar ölkəmizin dünya miqyasında qüdrətli bir dövlət kimi tanınmasına təkan verib.İstər iqtisadi-siyasətdə, istərsə də təhsil, mədəniyyət sahəsində qazanılan uğurlar, hərbi potensialımızın yüksək templə artması dövlət quruculuğu sahəsində qazandığımız uğurların baza nümunəsi kimi dostlarımızı sevindirib, düşmənlərimizi isə pərişan edib. Əzəli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələri sayənizdə inkişaf edərək Azərbaycanı qısa müddətdə təkcə Cənubi Qafqazda deyil, bütün dünyada inkişaf etmiş qüdrətli dövlətlər cərgəsinə qaldırdı. Sizi sevən qüvvələrin yanında olmaqla bərabər, müdrik siyasətinizi bəyənməyənləri tənqidi yazılarımla tənbeh etməyi də vətənpərvər bir ziyalı olaraq qarşıma bir vəzifə, bir məqsəd kimi qoymuşam. Azərbaycan Sizlərlə qüdrətlidir, dəyərli liderlərimiz! 28 May-Respublika günümüz, münasibətilə Sizi, xalqımızın igid oğlunu və mərd qızını ürəkdən, səmimi qəlbdən təbrik edirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir