AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEV CƏNABLARINA; SURƏTİ 1-Cİ VİTSE PREZİDENT XANIM MEHRİBAN ƏLİYEVAYA

Şəkilin açıqlaması yoxdur.

Möhtərəm cənab Prezident!Hörmətli Mehriban xanım! Azərbaycan xalqı tarixi bir gün yaşayır. Bu günə bizi qovuşduran dünyaca məşhur siyasətçi kimi tarixin yaddaşnda bərq vuran umummilli liderimiz Heydər Əliyev olub.Bütün şüurlu həyatını Azərbaycan xalqının müstəqilliyinin təntənəsinə, bir millər kimi gücümüzün,qüdrətimizin artmasına, türkçülüyümüzün təsdiqini təmin edən “BİR MİLLƏR İKİ DÖVLƏT” prinsipinin mahir dövlət xadimi olaraq gerçəklənməsinə həsr edən məhz Ulu Öndər Heydər Əliyev olub. Gerçək dövlətçilk tariximizdə Sizin siyasi varis olaraq parlaq simanız da lider prezident olduğunuzu təsdiqləyir. Azərbaycan dövlətçiliyinin ikinci vacib qanadını təmin edən xanım Mehriban Əliyevanın xalqımızın xöşbəxt gələcəyə qovuşması naminə gərgin fəaliyyəti bizi hədsiz sevindirir.Xüsusilə hümanitar sahələrin- təhsilin, mədəniyyətin, idmanın inkişafı istiqamətində 1-ci vitse prezidentin səmərəli fəaliyyəti bu mühüm sahələrdə uğurlarımızın davamlı olaraq daha da artacağına əminlik yaradır.Möhtərəm cənab Prezident!Hörmətli Mehriban xanım!Azərbaycan xalqı azad ölkənin qalib vətəndaşlarıdır.Bu azadlığı, bu qalibiyyəti xalq öz canı və qanı bahasına əldə edib.Heydər Əliyevin dərin siyasəti, Sizin əzmkarlığınız, comərdliyiniz, müasir müharibə taktikasına məharətlə yiyələnməyiniz sayəsində torpaqlarımız erməni faşizminin ağır buxovundan azad olanub və həmin azad ərazilərdə qüruculuq işlərinə start verilib.Dünyanı mat qoyan çevik hərbi və iqtisadi siyasətinizin bəhrəsidir ki, ordusu müharibə aparan dövlət olmağımıza baxmayaraq atəşkəs aktı imzalanantək heç kimdən imdad-maliyyə yardımı gözləmədən öz gücümüz, ehtiyat fondumuz hesabına azad olunan rayonlarımızda quruculuq işlərini davam etdiririk. Şəhid ailələrimizə və qazilərimizə dövlət qayğısını təmin edən 1-ci vitse prezident xanım Mehriban Əliyevanın ünvanına cəmiyyətin bu həssas təbəqəsi tərəfindən söylənilən xoş sözlər necə də qürurvericidir. Möhtərəm cənab Prezident!Hörmətli Mehriban xanım!Sizi və dövlətçilk ənənələrinə sadiqlik nümayiş etdirən ailənizin hər bir üzvünü 28 May- Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm! ULU TANRI SİZİ QORUSUN!Dərin hörmət və ehtiramla; VALEH MİRZƏ, şair, publisistBəyənRəyPaylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir