AZƏRBAYCAN RESPUBLİKASININ DAXLİ İŞLƏR NAZİRİ CƏNAB VİLAYƏT EYVAZOVA

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilər

Cənab nazir!Çox hörmətli Vilayət müəllim!Bu gün Azərbaycan xalqının hər bir nümayəndəsi erməni faşizmi üzərində tarixi qələbəmiz münasibətilə bir-birini ürəkdən təbrik edir.Bütün telekanallarda, radio dalğalarında konsert proqramları nümayiş olunur.Bəli, bu, doğrudan da tarixi bir qələbə idi və onun əldə olunmasında Azərbaycan ordusunun, onun müzəffər Ali Baş Komandanının rolu misilsiz oldu. Qalib ordumuzun ordu birləşmələri tərkibində qəhrəmanlıq səlnamələri yazan əskər və zabitlərimiz arasında Daxili İşlər Nazirliyi əməkdaşlarının müstəsna rolu da döyüş bölgələrindən hər gün aldığımız şad xəbərlər toplumunda xüsusi yür tütürdu. Sizin Azərbaycan Daxili İşlər Nazirliyində nazir vəzifəsinə təyinatınız dövlət rəhbəri üçün ölkə daxilində öncə çalxalanmaqda olun ictimai mühitimizdə sabitliyin bərqərar olunması kimi mühüm bir missiyanı yerinə yetirməyə nail olmaq məqsədi dururdusa, digər tərəfdən də xüsusi təyinatlılardan ibarət olan polis əməkdaşlarının döyüş hazırlığını artırmaq kimi mühüm vəzifəni yerinə yetirmək dururdu. Vətən Müharibəmiz ərəfəsində -44 tarixi gün ərzinbdə başqa bir amili də döyüş meydanlarında sübut olundu; Sən demə ordu birləşmələrinin tərkibində döyüşlərə atılan polis əməkdaşlarımız fiziki hazırlıq baxımından xüsusi təyinatlılardan zərrəcə fərqlənmədilər. Və bütün bu kimi tarixi dönəmərin məhz Sizin bu mühüm sahəyə rəhbərliyiniz dövründə formalaşdığı heç bir vaxt müzakirə mövzusu ola bilməz. Bəli, bu haqq savaşımızda Azərbaycan polisi də kifayət qədər itki verdi,orden və medallara layiq görülən qazi polislərimiz oldu, xəsarət almayanlar isə bu gün də öz postlarında fəaliyyətlərini həvəslə davam etdirməkdədirlər.

Cənab nazir!

Bu tarixi Bayram Günümüzdə şəxsən Sizi dünyanın 50-dən artıq ölkəsindən olan vətəndaşlar tərəfindən mütəmadi olaraq izlənilən “Kobramedia.az” rəsmi saytın çoxsaylı oxucuları adından, şəxsən öz adımdan bu tarixi qələbəmiz münasibətilə – TARİXİ QƏLƏBƏMİZİN İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ ürəkdən təbrik edirəm!

ALLAH PREZİDENTİİZİ QORUSUN! ONUN DƏMİR YUMRUĞUNU ULU TANRI AZƏRBAYCAN XALQINA ÇOX GÖRMƏSİN!

YAŞASIN AZƏRBAYCAN POLİSİ!

VALEH MİRZƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir