AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ, “ZƏFƏR” ORDENLİ GENERAL POLKOVNİK VİLAYƏT EYVAZOV CƏNABLARINA

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliy...


Cənab nazir!
Qurtuluşumuzun-Milli Varlığımızın Təvəllüd Günü münasibətilə Sizi və asayişimizin, dinc yaşayışımızın bir nömrəli təminatçısı olan Azərbaycan polislini ürəkdən təbrik edir, rəhbərlik etdiyiniz dövlət qurumunun hər bir təmsilçisinə şərəfli və məsuliyyətli vəzifələrini bundan sonra da əzmkarlıqla yerinə yetirməyi arzulayıram. Sizin bacarığınız və prinsipial mövqeyiniz sayəsində Azərbaycan polisi dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində dövlət rəhbərinin prinsipial mövqeyini daim müdafiə edib və göz bəbəyi kimi qoruyub. Xalqımızı müstəqilliyə qovuşduran bu yolsa olduqca çətin və keşməkeşli olub.1991-ci il müstəqilliyimizin təvəllüd tarixidirsə, 1993-cü ilin 15 iyun günü isə qurtuluşumuzun, milli varlığımızın təvəllüd günüdür. Məhz həmin gün insanların qəlbinə hakim kəsilmiş qorxu hissi – Azərbaycanın parçalanıb məhv olması, millətin varlığına son qoyulması xofu darmadağın olub. Bu böyük tarixi günün növbəti ildönümünü qeyd edərkən 1993-cü il iyunun 15-də Ulu Öndər, əvəzsiz lider, mahir strateq Heydər Əliyevin qətiyyətlə və müdrikcəsinə söylədiyi bu tarixi ifadələri bir daha xatırlasaq haqlı olarıq: “Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini əldə etdikdən sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, bəşəri dəyərlərin əsasında qurulan cəmiyyət olacaq”. Otuz il öncə uzaqgörən rəhbərin peyğəmbərcəsinə söylədiyi fikirlərin hamısı artıq bu gün özünü doğruldub. Bu gün Azərbaycan tam müstəqil, demokratik, hüquqi dövlət kimi yaşayır, inkişaf edir və inamla, İLHAMLA işıqlı, nurlu sabaha doğru addımlayır.
Cənab nazir!
Bu işıqlı, nurlu gunu bizə nəsib edən, öz həyatı bahasına xalqımıza xöşbəxt həyat bəxş edən Heydər Əliyevin müqəddəs ruhu bu gün bizim hər birimizi daha böyük əzmkarlıqla çalışmağa ruhlandırır.Vətən Müharibəsində erməni faşizmi üzərində tarixi qələbənin qazanılmasında milli ordumuzun tərkibində düşmənə qan udduran Daxili Qoşunlarımız və Azərbaycan polisi bu gün Sizin rəhbərliyiniz altında öz postlarında daha ayıq-sayıq duraraq düşməni hər an qan qusdurmağa hazır vəziyyətdədir. Bu münasibətlə Sizi bir daha ürəkdən təbrik edirəm!
Dərin hörmət və ehtiramla; VALEH MİRZƏ,

Şair-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir