AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ VİLAYƏT EYVAZOV CƏNABLARINA

Cənab nazir!

Çox hörmətli Vilayət müəllim!

Sizin Azərbaycan vətəndaşlarının şəkayət və ərizələrinə xüsusi diqqət yetirməyiniz, vətəndaşları narahat eən mühüm problemlərin dərhal aradan qaldırılması üçün tabeliyinizdə olan qurumlara-polis idarə, şöbə və bölmələrinə ciddi göstərişlər verməyiniz və həmin problemlərin dərhal aradan qaldırıldığı barədə tanıdığım, ünsiyyətdə olduğum insanlardan çox eşitmişəm. Elə bu ümid və əminlik də məndə uzun müddətdir ailəmizi narahat edən bir problemlə bağlı ünvanınıza bir neçə məktub göndərməyə həvəs yaratdı. Öncədən deyim ki, ünvanınıza söylənilən xoş sözlərin təəssüratı ilə yaşamaqda davam edirəm. Dünyagörmüş bir ağsaqqal kimi bilirəm ki, bir vətəndaşın məktubuna aşağı instansiyada səthi baxılması heç də bu mötəbər qurum haqqında, xüsusilə Sizin kimi alicənab bir nazirin rəhbərlik etdiyi dövlət qurumu haqqında fikrimi dəyişməyə rəvac verə bilməz.Odur ki, şəxsinizə və fəaliyyətinizə böyük simpatiya nümayiş etdirən “Kobramedia.az” rəsmi saytının rəhbərliyinə də öz dərdimi danışdım və ondan rəhbərlik etdiyi sayt vasitəsilə Sizə ünvanlanan müraciətimi dərc etməyi xahiş etdim. Baş redaktor Valeh Mirzə xahişimi müsbət qəbul etdi və buna görə ona da öz təşəkkürümü bildirirəm.Həmin məktubların qısa məzmunu belə idi:

Cənab nazir!

Mən 2013-cü ildə ürək əməliyyatı keçirmişəm.Həyat yoldaşım 1-ci qrup əlil olaraq yataq xəstəsidir.Yaşadığımız ünvan Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241 E, giriş3, mərtəbə 5, mənzil 94-dür.Bizdən üst mərtəbədə, yəni 97-ci mənzildə yaşayan sakinlər bizim yaşayışımızı sözün tam mənasında zəhərə çeviriblər.Yaşayış üçün tam yararlı olmadığı halda həmin mənzil Mirağa adlı vətəndaşa satılıb.O isə döşəməsi, mətbəxi, divarları yararsız halda olan mənzilini müqavilə bağlamadan kirayəyə verib.Biz yaşlı insanlarıq,xəstə həyat yoldaşımla birgə onların səs-küyündən zinhara gəlmişik.Yalnız kirayənişinlər evdə olmayan saatlarda evimizdə rahat otura bilirik.Onlarsa bizim narazılığımıza cavab olaraq söyləyirlər ki, biz kiminsə evini təmir edən deyilik.Ev yiyəsi Mirağa isə evi təmir edəcəyi ilə bağlı hər dəfə yalan vədlər verməklə bizi başından edir.Nəticədə isə öz halal evinin içində kirayənişinlər tərəfindən əzab və işgəncələrə məruz qalan biz yaşlı, xəstə adamlar oluruq.

Cənab nazir!

Rəhbərlik etdiyiniz nazirliyə ünvanladığım məktublar dəfələrlə icra üçün Bakı Şəhər Baş Polis İdarəsinə və Yasamal Rayon Polis İdarəsinə göndərilib, ancaq biz yaşlı və xəstə insanları narahat edən problemsə öz həllini tapmayıb.Odur ki, bu məsələyə bir əncam çəkməyi Sizdən ən dəyərli və yerində olan nazirimiz kimi təvəqqə edirəm.Öncədən təşəkkür edirəm!

Məmməd Əsgərov. mob tel :(050) 305-13-35

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir