Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib


Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular.

Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşdülər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir