ƏFLATUN AMAŞOVA DOST TƏBRİKİ

Ölkə jurnalistləri üçün qürurverici bir gün də tarixin yaddaşına həkk olundu.Bu günü hamı səbirsizliklə gözləyirdi və bütün jurnalistlərin də növbəti qurultayda Azərbaycan Mətbuat Şurasına sədr vəzifəsinə namizədi bir nəfər oldu. O şəxs , hamıyla dost-qardaş olmağı, dəyərli jurnalistləri rəğbətləndirməyi, hər bir jurnalistin probleminin rahatlıqla çözülməsi üçün tutduğu vəzifədən və dövlət qarşısında qazandığı statusdan bəhrələnərək səylə çalışmağı bacaran Əflatun Amaşov idi.Əslində Əflatun Amaşov Milli Məclisdə jurnalist ordusunu təmsil etməklə bərabər, çalışdığı Komitədə Gürcüstan-Azərbaycan arasında dostluq əlaqələrini genişləndirmək sahəsində nümayiş etdirdiyi fəallığı ilə də göstərilən bu etimada yüksək səviyyədə layiqdir.Çünki bu vacib məsələnin həlli jurnalistikamızın da qarşısında duran prioritet vəzifələrdən biridir. Gürcüstan Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında yaradılan bu fundamental körpü dost ölkədə yaşayan soydaşlarımızın öz ölkələrində siyasi fəallıqlarının artmasına, dövlət idarə və təşkilatlarında təmsil olunmalarına kifayət qədər şərait yaratmış oldu.Qonşu dövlətin parlamentariləri ilə aparılan mütəmadi görüşlər, fikir mülahizələri və diskussiyalar əhəmiyyətli dərəcədə səmərə verdi.

Bəli,hamının qəlbində sadə bir insan obrazına çevrilən, ancaq fəaliyyəti istiqamətində ən mürəkkəb problemlərin həllində belə fövqəl çeviklik nümayiş etdirməyi bacaran bir qeyri-adi ziyalıdır Əflatun Amaşov.Belə bir ürək sahibinin növbəti beş ilə də Mətbuat Şurasına sədr vəzifəsinə seçilməsini jurnalistikamızın uğuru kimi qiymətləndirirəm.Bu qurultaydan başqa gözləntiləri olanlara və incik düşənlərə isə məsləhətim budur ki illər ərzində sahib olduqları qələmlərinə hörmətlə yanaşsınlar, ruh düşkününə çevrilməsinlər.. Çünki .kiminsə bu gün həyata keçməyən arzusu və istəyi sabah, yaxud nə vaxtsa reallaşa bilər. Dünyanın sonu deyil ki! .Bu qurultayda Əflatun Amaşovun rəhbərimiz seçilməsi şəxsən mənim bir sağlam düşüncə sahibi olaraq əhval-ruhiyyəmə xoş ovqat qatıb.Odur ki əziz qardaşımı ürəkdən təbrik edirəm və ona fəaliyyətinin bütün istiqamətlərində davamlı uğurlar arzulayıram!
“kobramedia.az”

Valeh Mirza adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir