ƏDƏBİ TƏNQİDİ ELM ADLANDIRMAQ OLARMI?

Bu gün ” Xəzər” tele-kanalında yayımlanan “Könül dünyamız” verilişini əvvəldən axıracan izlədim. həm müğənni qonaqlar, həm də şair həmkarlarım ürəyimcə danışdılar seirlər və mahnılar səsləndirdilər.Mənim üçün olduqca maraqlı olan bir sualla aparıcı xanım söz sahiblərinə müraciət etdi. Sual bugünkü ədəbiyyatımızda ədəbi tənqidin rolundan bəhs edirdi. Sübhəsiz qələm dostlarım da sualı cavabsız qoymadılar, özlərinə məxsus tərzdə cavablandırdılar. Bu sual bir dəfə mənə də ünvanlanmışdı.Həmkarlarımdan fərqli olmuşdu mənim cavabım..Məsələ bundadır ki ümumiyyətlə “Ədəbi Tənqid” anlamının mahiyyəti heç tənqidçilərin özləri tərəfindən də qənaətbəxş dərk edilmir..Nədir ədəbi tənqid?Bir əsər, yaxud bir kitab haqqında fikir söyləmək, tənqidçilərin öz dilləri ilə desək, rəy yazmaq niyə məhz tənqid adıyla bağlı olmalıdır.Niyə əsər tənqid olunmalıdır, təhlil yox? Görkəmli ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadə bir dəfə “Ədəbiyyat” qəzetinə müsahibəsində jurnalistin təqribən bu məzmunlu sualını ( Niyə bu gün ədəbiyyatımızda sanballı ədəbi tənqid yoxdur?) cavablandırarkən maraqlı bir fikir səsləndirdi:” Mənə Tolstoyu, Dostoyevskini verin və məndən Belinski səviyyəli tənqid də tələb edin. Çox hörmət etdiyim alimin fikrini qəribçiliyə salmaq iddiasında deyiləm.Sadəcə onu demək istəyirəm ki adı çəkilən rus yazıçılarının və bizim böyük mütəfəkkirlərimizin bir-birinin ardınca sanballı kitablar ortaya qoyması məhz həmin dövrün sağlam ədəbi tənqidinin məhsuludur.O şair və yazıçıların heç biri birdən-biə nə “Yevgeni Onegin” poemasını, nə “Müharibə və sülh”əsərini nə də onlarla başqa qızıl söz mülklərini yaratmayıblar.Onların əsərləri şübhəsiz zamanında qüsurları da göstərilməklə tənqid yox , düzgün təhlil olunub.Və bu cür təhlil yaradıcı insanı i daha gözəl əsərlər ortaya qoymağa, növbəti əsərlərində təhlilçilərin aşkar etdiyi qüsurları təkrar etməməyə həvəsləndirir.Odur ki dünənki dahilərimizin o zirvələrdə olması məhz həmin dövrlərin sağlam tənqidinin bəhrəsidir. Başqa tənqidçilərimizi demirəm,(çünki onların əksəriyyəti ancaq sifarişlə yazırlar) ancaq şəxsən böyük ədəbiyyatşünas alimimiz Nizaməddin Şəmsizadə bu qələmə, bu təfəkkürə sahibdir və onun səyi nəticəsində çoxlu sayda qələm sahiblərimiz bu günün mütəfəkkirlərinə çevirə bilərdilər.. KOBRAMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir